- Wikisun
Vircinal çalan qadın — niderlandlı rəssam Yan Vermeer tərəfindən təxminən 1670–1672-ci illərdə çəkilmiş janr tablosudur. Hazırda əsər London Milli Qalereyasında saxlanılır. Təsviri Kətan üzərində yağlı boya ilə çəkilmiş əsərdə, zəngin geyimli bir qadın ev şəraitində vircinal çalır. Otaqda döşəmə kafellə örtülüb, divarlardan rəsmlər asılıb. Burada Vermeerin digər əsərlərində də görünən, yerli istehsal olan mavi-ağ rəngli Delft keramikası nümunələrinə rast gəlinir. Milli Qalereyanın məlumatına görə, divardakı rəsmlərin kimə aid olduğu dəqiq müəyyən edilməyib. Lakin soldakı mənzərə Jan Veynantsa və ya Allart van Everdinqenə aid ola bilər. İkinci rəsmdə Kupidon əlində kart tutmuş vəziyyətdə təsvir olunub və bu əsər Allartın qardaşı Sezar van Everdingenə aid edilir. Bu motiv həmin dövrdə geniş yayılmış emblemlər kitabındakı təsvirlərdən götürülüb. O, ya yalnız bir sevgiliyə sədaqət ideyasını ifadə edə bilər, ya da virginalın əsərdəki mövcudluğunu və musiqi ilə sevgi arasındakı ənənəvi əlaqəni vurğulaya bilər. Əsərin tarixi üslub xüsusiyyətləri və geyimlərin təsviri əsasında müəyyən edilib. Bu tablo kolleksiyada yer alan Vermeerə məxsus Vircinal qarşısında oturan qadın əsəri ilə əlaqələndirilir. Hər iki əsərin kətanı demək olar ki, eyni ölçüdədir və onların cütlük təşkil etmiş ola biləcəyi ehtimal edilir. Sonrakı araşdırma göstərib ki, hər iki tablo üçün istifadə olunan kətan eyni parçadan kəsilib. Bundan əlavə, hər iki əsərin kətanına çəkilmiş astar qatının tərkibi və görünüşü eynidir. Bu xüsusiyyətlər Nyu-Yorkda saxlanılan Vircinal qarşısında oturan gənc qadın əsəri ilə də ortaqdır. Tablo Devid Hokninin 1977-ci ildə çəkdiyi Looking at Pictures on a Screen adlı yağlı boya əsərində də təsvir olunub. Həmçinin bax Qızıl buzova sitayiş Müqəddəs Georgi və əjdaha Vendramin ailəsinin portreti Madonna çəmənlikdə Müqəddəs Sebastianın şəhidliyi Əlavə ədəbiyyat Gaskell, Ivan. Vermeer's Wager: Speculations on Art History, Theory and Art Museums. Reaktion Books. 2000. ISBN 1861890729. — Vircinal çalan qadın əsərinin ətraflı müzakirəsinə həsr olunmuşdur. Liedtke, Walter A. Vermeer and the Delft School. Metropolitan Museum of Art. 2001. ISBN 978-0-87099-973-4. İstinadlar Xarici keçidlər Essential Vermeer — əsər haqqında səhifə
https://az.wikipedia.org/wiki/Vircinal_%C3%A7alan_qad%C4%B1n
http://www.nationalgallery.org.uk/paintings/johannes-vermeer-a-young-woman-standing-at-a-virginal
https://people.ece.cornell.edu/johnson/LiedtkeMMJ.pdf
https://web.archive.org/web/20170616122613/http://hockneypictures.com/works_paintings_70_16.php
http://www.hockneypictures.com/works_paintings_70_16.php
https://archive.org/details/vermeerswagerspe00gask
http://libmma.contentdm.oclc.org/cdm/compoundobject/collection/p15324coll10/id/65202/rec/17
Tarix : 9 sentyabr 2026