• Wikisun
Layihə çərçivəsində Wikipedia platformasına əlavə olunan məqalə sayı
4
5
6
8
vinstra

Vinstra

Vinstra — Norveçin İnnlandet dairəsində yerləşən Nord-Fron bələdiyyəsinin şəhəridir. Şəhər bələdiyyənin inzibati mərkəzidir. Vinstra Qudbrandsdal vadisində, Qudbrandsdalsloqen çayı ilə Vinstra çayının (mənbəyini Vinstre gölündən götürür) qovuşduğu yerdə yerləşir. 3,13 km² ərazisi olan şəhərin əhalisi 2024-cü ildə 2.674 nəfər, əhalinin sıxlığı isə 1 km²-ə 854 nəfər olmuşdur. E6 Avropa marşrutu avtomobil yolu və Dovrebanen dəmir yolu xətti şəhərdən keçir. Vinstra yuxarı orta məktəbi və Södorp kilsəsi də şəhərdə yerləşir. Dölen qəzeti Vinstrada nəşr olunur. Vinstra kəndinə 1 sentyabr 2013-cü ildə şəhər statusu verilmiş və bu hadisə üç gün ərzində qeyd edilmişdir. Per Gynt Vinstrada yaşamış Peder Olsen Haga 1867-ci ildə nəşr olunmuş Henrik İbsenin Per Gynt dramatik poemasının baş qəhrəmanının prototipi olmuşdur. Södorp kapellasının köhnə qəbiristanlığında Per Gyntin abidəsi ucaldılıb. 1967-ci ildən etibarən hər il Haga fermasında Per Gynt Festivalı (Peer Gynt-stemnet) keçirilir. Ferma 15 qədim tikilidən ibarətdir və festival çərçivəsində, digər tədbirlərlə yanaşı, əsərin açıq hava tamaşası da nümayiş etdirilir. Bundan əlavə, Per Gynt yolu Vinstradan Qola üzərindən Lillehammerə, Per Gynt dağ yolu isə Rondablikk üzərindən Kvama qədər uzanır. Həmçinin bax Norveç şəhərləri Oslo Tromsö Förde Qrimstad Yövik Harstad İstinadlar


İstinadlar

Tarix : 29 sentyabr 2026