• Wikisun
Layihə çərçivəsində Wikipedia platformasına əlavə olunan məqalə sayı
1
3
9
9
vicente-huidobro

Vicente Huidobro

Vicente Garcia-Huidobro Fernandez (10 yanvar 1893 – 2 yanvar 1948) - Aristokrat bir ailədə doğulmuş çilili şair idi. O, Çilidə avanqard ədəbi hərəkatını təbliğ edərək "Kreasionizm" (Creacionismo) adlı ədəbi cərəyanın yaradıcısı və ən böyük nümayəndəsi oldu. Erkən illər Huidobro Santyaqo, Çilidən olan varlı bir ailədə anadan olub. İlk illərini Avropada keçirib və fransız və ingilis müəllimələri tərəfindən təhsil alıb. Ailəsi Çiliyə qayıtdıqdan sonra Vinsente Santyaqodakı İezuit məktəbi olan Colegio San Ignacio-da təhsil alıb, lakin evli olduğunu iddia edərək üzük taxdığı üçün məktəbdən qovulub. 1910-cu ildə Çili Universitetinin İnstituto Pedagogico-da ədəbiyyat təhsili alıb, lakin ədəbiyyat və poeziya biliklərinin böyük bir hissəsini anası, şairə María Luisa Fernández Bascunan-dan öyrənib. Anası ailə evində "tertulias" və ya salonlar təşkil edərək, ədəbiyyat haqqında danışırdı və bəzən 60-a qədər insan, o cümlədən ailə üzvləri, xidmətçilər, qulluqçular və hətta cırtdanlar belə bu görüşlərdə iştirak edirdi. Daha sonra, 1912-ci ildə oğluna ilk jurnalı olan "Musa Joven" (Gənc Muz) nəşr etmək üçün maliyyə və emosional dəstək verib. Son illər 1942-ci ildə Huidobro Santyaqoda "Temblor de cielo", "Cagliostro" və "Mio Cid Campeador" əsərlərinin ikinci nəşrlərini çap etdirdi. 1944-cü ildə yaratdığı son jurnal olan "Actual"ın ilk və son nəşrini tərtib edib çap etdirdi. Həmin ilin noyabr ayında Avropaya qayıdarkən Uruqvayın Montevideo şəhərində dayanaraq "Introduccion a la poesia" (Poeziyaya Giriş) mövzusunda mühazirə verdi. 1945-ci ildə “La Voz de America” üçün müxbir kimi Parisə getdi. Parisdə ikən arvadı Ximenadan boşanmaq istədiyini bildirən bir məktub aldı. Berlinə (müharibə müxbiri kimi) Müttəfiq qüvvələrlə birlikdə daxil oldu. Xidmətdən azad edildikdən sonra üçüncü arvadı Raquel Señoret ilə birlikdə Santyaqoya qayıtdı. 1946-cı ildə Çilinin mərkəzindəki sahil qəsəbəsi olan Kartahenaya yerləşdi və Jan Arp ilə birgə yazdığı mətnlərin daxil olduğu "Trois Nouvelles Exemplaires"in yeni nəşrini çap etdirdi. Poeziya kitabları Ecos del alma (Ruhun əks-sədası) — 1911, Santyaqo Canciones en la noche (Gecə mahnıları) — 1913, Santyaqo La gruta de silencio (Sükut mağarası) — 1913, Santyaqo Las pagodas ocultas (Gizli pagodalar) — 1914, Santyaqo Adan (Adəm) — 1916, Santyaqo El espejo de agua (Su güzgüsü) — 1916, Buenos Ayres Horizon Carré (Dördkünc üfüq) — 1917, Paris Tour Eiffel (Eyfel qülləsi) — 1918, Madrid Hallali — 1918, Madrid Ecuatorial (Ekvatorial) — 1918, Madrid Poemas árticos (Arktik şeirlər) — 1918, Madrid Saisons choisies (Seçilmiş fəsillər) — 1921, Paris Automne régulier (Nizamlı payız) — 1925, Paris Tout a Coup (Birdən) — 1925, Paris Altazor: el viaje en paracaídas (Altazor: Paraşütlə səyahət) — 1931, Madrid Temblor de Cielo (Göy titrəyişi) — 1931, Madrid Ver y palpar (Görmək və toxunmaq) — 1941, Santyaqo El ciudadano del Olvido (Unudulmuş vətəndaş) — 1941, Santyaqo Antología de Vicente Huidobro (Vicente Huidobronun antologiyası) — 1945, Santyaqo Ultimos Poemas (Son şeirlər) — 1948, Santyaqo Poesías (Poeziyalar, ön söz: Enrique Lihn) — 1968, Havana Obras Completas de Vicente Huidobro (Vicente Huidobronun tam əsərləri) — 1964, Santyaqo Obras Completas de Vicente Huidobro (Vicente Huidobronun tam əsərləri) — 1976, Santyaqo İngilis dilinə tərcümələr The Relativity of Spring: 13 Poems Translated from the French (Baharın nisbiliyi: Fransızcadan 13 şeir), Michael Palmer və Geoffrey Young — 1976, Kaliforniya The Selected Poetry of Vicente Huidobro (Vicente Huidobronun seçilmiş şeirləri), David Guss — 1981, Nyu-York Altazor, Eliot Weinberger — 1988, Minnesota The Poet Is a Little God: Creationist Verse (Şair kiçik bir tanrıdır: Kreasionist şeirlər), Jorge García-Gómez — 1990, Kaliforniya


İstinadlar

Tarix : 11 mart 2025


Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır.