- Wikisun
Verdalsöra və ya Verdal — Norveçin Tröndelaq dairəsində yerləşən Verdal bələdiyyəsindəki şəhərdir. Şəhər bələdiyyənin inzibati mərkəzidir. Trondheimsfyord sahilində, Verdalselva çayının mənsəbində yerləşir. Vinne kəndi şəhərdən 4 km cənub-şərqdə, Trones təxminən 5 km şimalda, Forbregd və Lein kəndləri təxminən 4 km şimal-şərqdə, Leksdalsvatnet gölünün sahilində, Stiklestad kəndi isə təxminən 3 km şərqdə yerləşir. 1998-ci ildə Verdal bələdiyyəsinin bələdiyyə şurası, Norveç qanunlarına əsasən Verdalsöra şəhər statusu verilməsinə səs vermişdir. 5,95 km² ərazisi olan şəhərin əhalisi 2024-cü ildə 8.838 nəfər, əhalinin sıxlığı isə 1 km²-ə 1.485 nəfər olmuşdur. E6 Avropa marşrutu avtomobil yolu və Nordland xətti dəmir yolu şəhərdən şimaldan cənuba keçir. Şəhərdə dəmir yolu stansiyalarından biri olan Verdal stansiyası yerləşir. Verdalsörada Aker Verdal böyük gəmiqayırma zavodu, Verdalsöra kapellası, Verdal yuxarı orta məktəbi və xalq məktəbi yerləşir. Rinnleiret çimərliyi şəhərin cənubunda, Levanger bələdiyyəsi ilə sərhəddə yerləşir. Həmçinin bax Norveç şəhərləri İstinadlar
https://az.wikipedia.org/wiki/Verdals%C3%B6ra
https://geohack.toolforge.org/geohack.php?language=az&pagename=Verdals%C3%B6ra¶ms=63_47_35_N_11_28_54_E_scale:100000_type:city
https://maps.google.com/maps?ll=63.79306,11.48167&q=63.79306,11.48167&spn=0.1,0.1&t=h&hl=az
https://yandex.ru/maps/?ll=11.48167,63.79306&pt=11.48167,63.79306&spn=0.1,0.1&l=sat,skl
https://www.openstreetmap.org/?mlat=63.79306&mlon=11.48167&zoom=12
https://stadnamn.kartverket.no/fakta/560278
http://snl.no/Verdals%C3%B8ra
Tarix : 29 sentyabr 2026