• Wikisun
Layihə çərçivəsində Wikipedia platformasına əlavə olunan məqalə sayı
4
5
6
8
vaxholm

Vaxholm

Vaxholm — İsveçin Stokholm qraflığında yerləşən şəhər, şəhər tipli yaşayış məntəqəsi və Vaxholm bələdiyyəsinin inzibati mərkəzidir. Şəhər bir neçə adada yerləşir. Ən çox əhalisi olan adalar Vaxön, Resarö, Rindö və təbiət qoruğu ilə tanınan Kullö adalarıdır. Vaxholm adı 1549-cu ildə yaxınlıqdakı Vaxholmen adasında inşa edilmiş Vaxholm qalasından götürülüb. Tarixi səbəblərə görə əhalisinin sayı az olmasına baxmayaraq, Vaxholm həmişə şəhər adlandırılıb. 2020-ci ildə şəhərin əhalisi 6.151 nəfər olub. Vaxholm bələdiyyəsi bütün ərazisi, o cümlədən Stokholm arxipelaqındakı 64 ada üçün Vaxholms stad (Vaxholm şəhəri) adından istifadə etməyə üstünlük verir. Bu istifadə müəyyən qədər çaşqınlıq yaradır. Tarixi Vaxholm qalası Vaxholm qalası əvvəlcə 1548-ci ildə Qustav Vasa tərəfindən Stokholmu şərqdən dəniz yolu ilə həyata keçirilən hücumlardan qorumaq məqsədilə inşa edilmişdi. Qala açıq dənizdən Stokholma aparan iki əsas marşrutdan biri olan Kodjupet boğazının ortasında yerləşir. Qalanın yaxınlığında, lakin Kodjupet boğazının qərb tərəfində yerləşən Vaxholm şəhərinin əsası 1558-ci ildə Kral Qustav Vasanın qraf Per Brahedən bir neçə ferma alması ilə qoyulub. Daha sonra şəhər tacir şəhəri (köpinq) statusu əldə edib və 1652-ci ildə kral fərmanı ilə şəhər hüquqları verilib. Şəhərin gerbindəki təsvirlər istehkamları və gəmiçilik sənayesini əks etdirir. 1849-cu ildə Djurgårdens Ångbåts-Aktie-Bolag şirkəti Stokholmdan Vaxholma buxar gəmisinin hərəkətini təşkil etdi. Bir sıra satınalma və birləşmələr nəticəsində bu şirkət sonradan müasir dövrdə fəaliyyət göstərən Waxholmsbolaget şirkətinə çevrildi. Bunun nəticəsində Vaxholm 1860-cı illərdə, xüsusilə çimərliklərdən istifadə edənlər arasında məşhur istirahət şəhərinə çevrildi və Stokholm sakinləri tərəfindən çoxsaylı taxta yay evləri inşa edildi. Yalnız 1912-ci ildən etibarən şəhərdə taxtadan başqa materiallardan evlərin tikilməsinə icazə verildi və bu, Vaxholma özünəməxsus görünüş qazandırdı. 1926-cı ildə şəhər ilk daimi quru yolu əlaqəsini əldə etdi. Təkzolaqlı Palsundsbron körpüsü şəhərin cənubundakı Bogesundslandet yarımadası ilə əlaqə yaradırdı. 1965-ci ildə isə daha geniş Vaxholmsbron körpüsü inşa edildi. Bu körpü şəhərin şimal-qərbindəki Kullö adasına gedir və materikə doğru uzanan 274 nömrəli qraflıq yolunu daşıyırdı. 2020-ci ilə qədər Statistics Sweden tərəfindən müəyyən edilən Vaxholm şəhər tipli yaşayış məntəqəsi tamamilə Vaxön adasında yerləşirdi. Həmin il yaşayış məntəqəsinin sərhədləri yenidən müəyyənləşdirilərək ona qonşu Kullö adası da daxil edildi. Nəqliyyat Vaxholm ada üzərində yerləşsə də, bir sıra avtomobil körpüləri vasitəsilə İsveç materiki ilə əlaqələndirilir. Avtobus xidməti şəhəri Stokholmla birləşdirir. Waxholmsbolaget və digər bərə xətləri də Vaxholm ilə mərkəzi Stokholm və Stokholm arxipelaqındakı bir çox digər adalar arasında dəniz nəqliyyatı təmin edir. Bu məqsədlə klassik buxar gəmilərindən və müasir sürətli sərnişin bərələrindən istifadə olunur. Vaxholmsleden avtomobil bərəsi Vaxholmu Rindö adası ilə Kodjupet boğazı üzərindən birləşdirir. Elektrik enerjisi ilə işləyən kabel bərəsi olan Kastellet bərəsi isə, Kodjupetin ortasındakı adada yerləşən Vaxholm qalasına sərnişinlərin gediş-gəlişini təmin edir. Qalereya Panorama Vaxholm, 1938-ci ildə kanoe üzrə dünya çempionatı yarışları zamanı Vaxholm, 2013-cü il İstinadlar Xarici keçidlər Vikianbarda Vaxholm ilə əlaqədar mediafayllar var Vaxholm şəhərinin rəsmi saytı  (isveç.) Stokholmdan Vaxholma bir günlük səfər — Travel Magazine, 2013


İstinadlar

Tarix : 8 oktyabr 2026