- Wikisun
Uzunquyruqlu pangolin (Phataginus tetradactyla) - Afrika qitəsinin tropik meşələrində yaşayan və Manidae ailəsinə aid olan kiçik, pullu məməlidir. Bu pullar heyvanın əsas müdafiə mexanizmi olub, təhlükə zamanı bədənini bükərək özünü qorumasına imkan verir. Bu növ, xüsusilə uzun və çevik quyruğu ilə digər panqolinlərdən fərqlənir. Təsvir Uzunluğu 90-105 sm (quyruq daxil olmaqla), quyruğu bədən uzunluğunun 60%-dən çoxunu təşkil edir. Çəkisi 1,5-3 kq arasında dəyişir. Rəngi qəhvəyi və ya zeytun yaşılı olur. Pulcuqları qaba, sərt və müdafiə məqsədlidir. Lakin quyruğun alt hissəsi tüklüdür. Ayaqları güclü dırnaqlarla təchiz olunmuşdur və ağaclara dırmanmaqda, torpağı qazmaqda istifadə edilir. Erkək panqolin dişisindən daha uzundur. Bu növ panqolinlərin reproduksiya prosesi haqqında məlumatlar məhduddur. Uzunquyruqlu panqolinlər ildə bir bala dünyaya gətirir. Bala panqolinlər doğulduqdan sonra ananın qarın hissəsinə yapışaraq böyüyürlər. Balalar təxminən 3-4 ay ananın himayəsində qalırlar. Uzunquyruqlu panqolin 12-15 il yaşayır. Ekosistemdə rolu Tropik ekosistemlərdə mühüm rol oynayan uzunquyruqlu panqolin, təbiətə olan təsirləri və qoruma ehtiyacı ilə diqqət çəkir. Uzunquyruqlu panqolin Təbiətin Mühafizəsi üzrə Beynəlxalq İttifaq (International Union for Conservation of Nature-IUCN) tərəfindən "təhlükə altında" (Vulnerable, VU) kimi təsnif edilir. Uzunquyruqlu panqolin Afrikanın biomüxtəlifliyi üçün dəyərli bir növdür. Onların qorunması yalnız ekosistem tarazlığını təmin etmək üçün deyil, həm də gələcək nəsillərə təbiətin zənginliyini ötürmək baxımından mühüm əhəmiyyətə malikdir.
https://www.researchgate.net/publication/364261900_Investigation_into_spatial_distribution_of_Pangolin_Phataginus_tetradactyla_In_Mbe_Mountain_Corridor_of_Cross_River_National_Park
https://en.wikipedia.org/wiki/Long-tailed_pangolin
https://eol.org/pages/337656
chrome-extension://efaidnbmnnnibpcajpcglclefindmkaj/https://batrachos.com/sites/default/files/pictures/Books/Grzimek's%20Animal%20Life_12_Mammals_1.pdf
https://animaldiversity.org/accounts/Manis_tetradactyla/
https://animalia.bio/long-tailed-pangolin
https://pangolinsg.org/portfolio/black-bellied-pangolin/
https://www.britannica.com/animal/African-black-bellied-pangolin
Tarix : 10 yanvar 2025
Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır.