- Wikisun
Tranas — İsveçin Yönçöpinq qraflığında, Tranas bələdiyyəsində yerləşən şəhər və bələdiyyənin inzibati mərkəzidir. 2010-cu ildə şəhərin əhalisi 14.197 nəfər olmuşdur. Ümumi məlumat Tranas Smolandanın şimalında, Sommen gölünün yaxınlığında yerləşir. Şəhərin əsas ticarət mərkəzi Storgatan küçəsi boyunca yerləşir. Şəhərin simvolu gerbində təsvir olunan durna quşudur. Şəhərin iri işəgötürənləri arasında Strömsholmen, Pastejköket, OEM, EFG (European Furniture Group) və IVT şirkətləri vardır. Stiga şirkəti 1934-cü ildə Stiq Helyumkvist tərəfindən Tranasda yaradılmışdır. 2005-ci ildən etibarən şəhərin mərkəzi hissəsində avtobuslardan pulsuz istifadə etmək mümkündür. Şəhərdə stolüstü tennis raketkaları istehsal edən iri Wood House müəssisəsi də yerləşir. Qardaş şəhər Macarıstan Takşoni, Macarıstan (2025) İstinadlar
https://az.wikipedia.org/wiki/Tranas
https://geohack.toolforge.org/geohack.php?language=az&pagename=Tranas¶ms=58_1_55.960_N_14_58_29.896_E_scale:100000_type:city
https://maps.google.com/maps?ll=58.03221111,14.97497111&q=58.03221111,14.97497111&spn=0.1,0.1&t=h&hl=az
https://yandex.ru/maps/?ll=14.97497111,58.03221111&pt=14.97497111,58.03221111&spn=0.1,0.1&l=sat,skl
https://www.openstreetmap.org/?mlat=58.03221111&mlon=14.97497111&zoom=12
http://www.scb.se/Statistik/MI/MI0810/2010A01/Tatorternami0810tab1_4.xls
https://web.archive.org/web/20120127055525/http://www.scb.se/Statistik/MI/MI0810/2010A01/Tatorternami0810tab1_4.xls
Tarix : 8 oktyabr 2026