• Wikisun
Layihə çərçivəsində Wikipedia platformasına əlavə olunan məqalə sayı
4
3
5
2
toksik-yag-sindromu

Toksik yağ sindromu

Toksik yağ sindromu (İspaniya: síndrome del aceite tóxico və ya síndrome tóxico) - Əzələ-skelet xəstəliyi olaraq təsnif edilir. Tarix 1981-ci ildə İspaniyada meydana gələn bu epidemiyada təxminən 25,600 nəfər təsirlənmiş, 4,000-dən çox insan bir neçə ay ərzində həyatını itirmiş və bir neçə min insan əlil olmuşdur. Bu sindromun kontaminasiya olunmuş kolza (raps) yağı ilə əlaqəli olduğu düşünülür. Xəstəliyin ölçüsü, klinik vəziyyətin yeniliyi və etiologiyasının mürəkkəbliyi onu digər oxşar hadisələrdən fərqləndirir. İlk dəfə olaraq ağciyər xəstəliyi kimi görünmüş, çünki simptomlar başlanğıcda ağciyər infeksiyasını xatırladırdı. Xəstəlik, yalnız müəyyən coğrafi ərazilərdə müşahidə olunmuş və bəzi ailə üzvləri təsirlənmiş, lakin qonşularında heç bir simptom göstərməyənlər də olub. Kəskin mərhələni izləyən müddətdə bir sıra xroniki simptomlar meydana çıxmışdır. Tədqiqatlar 1987-ci ildə aparılan epidemioloji araşdırmalar nəticəsində Toksik Yağ Sindromunun, qida məqsədilə istifadə edilən, anilin törəmələri ilə çirklənmiş kolza yağının qəbulu ilə əlaqəli olduğu aşkar edildi. Yağ turşusu anilidlərinin səviyyələrini ölçən iki müstəqil araşdırma göstərdi ki, hadisə ilə əlaqəli yağlarda bu maddə yüksək miqdarda mövcuddur. 1991-ci ildə Posada de la Paz və digər mütəxəssislər, Fransadan İspaniyaya 2% anilin ilə denatürasiya edilmiş kolza yağının gətirildiyini müəyyən etdilər. O dövrün İspaniya qanunlarına görə, yalnız sənaye məqsədləri üçün anilin ilə denatürasiya edilmiş kolza yağı idxal edilə bilərdi. Araşdırmalar nəticəsində bu yağın sənaye məqsədi ilə gətirildiyi, qanunsuz olaraq anilindən təmizlənərək, digər yeyilən yağlarla qarışdırıldığı müəyyən edildi. 1992-ci ildə "Ümumdünya Səhiyyə Təşkilatı" (ÜST), hadisə ilə bağlı ətraflı məlumatları nəzərdən keçirdi. Kimyəvi maddələrin tapılması 1990-cı illərdə, təkmilləşdirilmiş kimyəvi analiz metodları ilə toksik yağ nümunələrində yeni kimyəvi maddələr tapıldı. Bunlar, 3-(N-fenilamin)-1,2-propanediol (PAP) və onun esterleri idi, hansılar ki, anilinin trigliseridlər ilə reaksiyaya girərək əmələ gəlir. Yağın qanunsuz təmizlənməsi ilə əlaqəli fabrik, Sevil şəhərindəki "Industria Trianera de Hidrogenación (ITH) olaraq müəyyən edildi. ÜST-ün təcrübələri və təsdiqlənməyən nəticələr ÜST, toksik yağın zəhərlənmə təsirini laboratoriya heyvanlarında təkrarlamağa çalışsa da, nəticələr qaneedici olmamışdır. Toksik Yağ Sindromunun səbəbkarı ola biləcək üç maddə müəyyən edilmişdir: PAP (3-(N-fenilamin)-1,2-propanediol), PAP-ın 1,2-dioleoyl esteri (OOPAP) və PAP-ın 3-oleoyl esteri (OPAP). Bu üç maddə oxşar kimyəvi proseslərlə əmələ gəlir və bu maddələrdən birini ehtiva edən yağın digər ikisini də ehtiva etməsi ehtimalı var. Lakin, bu maddələr laboratoriya heyvanlarına verilərkən, OOPAP akut zəhərləyici təsir göstərmədiyi, PAP yalnız inyeksiya ilə zəhərləndikdə təsirli olduğu, OPAP isə yalnız yüksək dozalarda inyeksiya olunduqda toksik olduğu müşahidə edilmişdir. Buna görə də, bu üç maddənin heç biri Toksik Yağ Sindromunun səbəbi olaraq qəbul edilmir. Alternativ nəzəriyyələr 2002-ci ildə ÜST/CISAT elmi komitəsinin verdiyi qərara görə, Toksik Yağ Sindromunun əsas səbəbi yağın özü olsa da, bu, yalnız epidemioloji məlumatlara əsaslanır. Çünki indiyə qədər aparılan müxtəlif laboratoriya heyvanları üzərindəki təcrübələr insan Toksik Yağ Sindromunun simptomlarını təkrarlamağı bacarmamışdır. Toksik yağın xüsusiyyətlərini, məsələn, yağ turşusu anilidlərini və PAP-ın esterlərini tədqiq edən in vivo və in vitro tədqiqatlar, bu maddələrin Toksik Yağ Sindromunun patogenezi ilə əlaqəsini sübuta yetirə bilməmişdir. Digər bir nəzəriyyə isə toksik reaksiyanın, məsələn, pomidorlarda qalmış pestisidlərin səbəb olduğu orqanofosfat zəhərlənməsindən qaynaqlandığını və bu hadisənin İspaniya hökuməti və ÜST tərəfindən örtbas edildiyini irəli sürür.


İstinadlar

Tarix : 6 fevral 2025


Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır.