• Wikisun
Layihə çərçivəsində Wikipedia platformasına əlavə olunan məqalə sayı
1
2
5
5
timisoara-pravoslav-kafedrali

Timişoara Pravoslav kafedralı

Timişoara Pravoslav kafedralı (Rumınca: Catedrala Ortodoxă) - Həmçinin Metropoliten Kafedralı (Rumınca: Catedrala Mitropolitană) kimi də tanınan, Timişoara şəhərində yerləşən Rumın Pravoslav kilsəsi. Kafedral, Timişoara Arxiyepiskopluğunun və Banat Metropoliyasının mərkəzidir. Üç Müqəddəs İyerarxa, Böyük Vasili, İlahiyyatçı Qriqori və Zlatoust İoann'a həsr olunmuşdur. Tarix Kafedralın tarixi, 28 iyul 1919-cu ildə Banatın Rumıniya ilə birləşdirilməsi ilə sıx bağlıdır. Yeni Rumıniya administrasiyası, əvvəlki Avstriya-Macarıstan administrasiyası tərəfindən diqqətdən kənarda qalan və yalnız Katolik dininə üstünlük verən Pravoslavlığı təşviq etmək üçün bir sıra tədbirlər gördü. Beləliklə, Timişoara Yepiskopluğu yaradıldı, 1939-cu ildə arxiyepiskopluq dərəcəsinə yüksəldildi və 1947-ci ildə Banat Metropoliyası təsis edildi. Memarlıq Binanın üslubu, kənarları altındakı taxçalar, interyerdə qabırğalı ulduz tonozları və müxtəlif rəngli laklı disklər kimi Rumın Pravoslav, son Renesans, Osmanlı və Bizans memarlıq elementlərinə əsaslanan neo-Moldaviyadır. Bu cür elementlər, XIV əsrə xas olan köhnə Cozia və Prislop monastırlarında tapıla bilər. Kilsə, qarşısındakı Qələbə Meydanının uğurlu bir "perspektiv başı"dır. Binanın üslubu, damların geniş oyunu ilə də xarakterizə olunan meydandakı 1900-cü illərin memarlığına tamamilə yad deyil. 63 metr uzunluğunda və 32 metr enində olan kafedral, abidəliliyini orta günbəzin - Pantokrator (Qadir) günbəzinin hündürlüyünə borcludur. İçəridən 52 metr, çöldən 83 metr hündürlüyündə olan orta günbəzin üzərində 7 metr hündürlüyündə bir xaç var və 10 dekorativ zəncir və qızıl tokka ilə dəstəklənir. Bir vaxtlar bina, Buxarestdə yerləşən Casa Scânteii (104 m) və Xalq Evi (84 m) sonra ölkənin ən hündür üçüncü binası idi. Bataqlıq ərazisi səbəbindən, kafedral 20 m dərinliyə vurulan 1186 dəmir-beton dirək tərəfindən dəstəklənən beton lövhə üzərində dayanır. Tikili sahəsi 1542 m2, ümumi tikinti həcmi isə təxminən 50.000 m3-dür. Anton Novotny'nin emalatxanasında tökülən yeddi zəngin ümumi çəkisi 7000 kq-dır və İndoneziyadan (Sumatra və Borneo) gətirilən metal ərintisindən hazırlanıb. Onların harmonizasiyası bəstəkar Sabin Drăgoi tərəfindən aparılmışdır. Daxili və xarici rəsm, rəssam Anastase Demianın rəhbərlik etdiyi bir qrup rəssam tərəfindən həyata keçirilmişdir. İkonostaz, pronaosda yerləşən üç çilçıraq, iki şamdan və Rəbbin Məzarı da daxil olmaqla, usta Ștefan Gajo tərəfindən oyulmuş və 22 karatlıq qızıl ilə qızıl suyuna salınmışdır.


İstinadlar

Tarix : 16 fevral 2025


Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır.