- Wikisun
Tikanlı Şeytan (lat. Moloch horridus) - "Agamidae" ailəsinə aid Avstraliyaya xas nadir kərtənkələ növü. Tikanlı şeytan "Tikanlı kərtənkələ", "Tikanlı əjdaha" və ya sadəcə "Moloch" kimi adlarla da tanınır. Bu növ yalnız Avstraliyada yayılmışdır və "Moloch" cinsinin yeganə nümayəndəsidir. Taksonomiya Tikanlı şeytan ilk dəfə Con Edvard Qrey tərəfindən 1841-ci ildə təsvir edilmişdir. Tikanlı şeytan morfoloji baxımdan oxşar olan Şimali Amerikanın "Phrynosoma" cinsinə aid buynuzlu kərtənkələlər ilə uzaq əlaqəyə malikdir. Bu oxşarlıq, adətən konvergent təkamülün bir nümunəsi olaraq qəbul edilir. Xüsusiyyətləri Tikanlı şeytan 21 sm-ə qədər böyüyür və 15-20 il yaşayır. Dişilər erkəklərdən daha böyükdür. Əksəriyyəti qəhvəyi və sarımtıl tonlarda olur. Bu rənglər isti havalarda açıq, soyuq havalarda isə daha tünd olur. Bədəninin hər yeri tikanlarla örtülmüşdür və bunlar əsasən kalsifikasiya (damarlara kalsium duzu toplanaraq tiknalar yaradır) nəticəsində yaranmışdır. Bədənin üst tərəfində qorxuducu tikanlar var. Bu tikanlar həmçinin ona yırtıcılardan qorunmaq üçün müdafiə təmin edir. Bu kərtənkələnin hərəkət tərzi qeyri-adidir. Yavaş-yavaş hərəkət edərək qida, su və cütləşmək üçün yoldaş axtarır. Dişi tikanlı şeytan, sentyabr və dekabr ayları arasında 3-10 yumurta qoyur. Yumurtalar təxminən 30 sm dərinlikdə yeraltı yuvaya yerləşdirilir, 3-4 ay ərzində çatlayır. Tikanlı şeytanın boyun nahiyəsində "saxta baş" olur. Bu baş, yırtıcılara qarşı real başını aşağı salaraq göstərilir. "Saxta baş" yumşaq toxumadan ibarətdir. Tikanlı şeytan əsasən "Ochetellus flavipes" və digər növ" Camponotus", "Ectatomma", "Iridomyrmex", "Monomorium", "Pheidole" və "Polyrhachis" kimi yabanı qarışqa növləri ilə qidalanır. Bu kərtənkələlər bir gündə minlərlə qarışqa yeyə bilər. Mədəniyyətdə 2-ci Dünya Müharibəsi zamanı ABŞ hərbçilərinə Avstraliyada "Tikanlı şeytan yumurtaları" adı ilə "Endemik tikanlı meyvə" satılmışdı. Bu hadisə müharibədən sonra dildən-dilə dolaşmış və gülüşə səbəb olmuşdur.
https://en.wikipedia.org/wiki/Thorny_devil
https://a-z-animals.com/animals/thorny-devil/
https://animaldiversity.org/accounts/Moloch_horridus/
https://www.inaturalist.org/taxa/31519-Moloch-horridus
https://animalia.bio/thorny-devil
https://www.britannica.com/animal/moloch-lizard-species
https://www.oriannesociety.org/photo-of-the-month/australian-thorny-devil/?v=f69b47f43ce4
https://alicespringsdesertpark.com.au/connect-with-nature/animals/animals/thorny-devil?SQ_VARIATION_491435=0
https://www.nationalgeographic.com/science/article/australiana-3-thorny-devil
https://www.theguardian.com/australia-news/2016/nov/03/suck-it-up-thorny-dragons-use-their-skin-like-a-straw-to-drink-water
Tarix : 25 dekabr 2024
Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır.