• Wikisun
Layihə çərçivəsində Wikipedia platformasına əlavə olunan məqalə sayı
1
2
5
5
tibb-tarixi

Tibb tarixi

Qədim dövrlərdə tibb insanların xəstəlikləri anlama və müalicə etmə üsullarını əks etdirirdi. Şumer, Misir və Çin mədəniyyətləri bu sahədə mühüm töhfələr vermişdir. Onların tibbi yanaşmaları bugünkü tibbin əsaslarını qoymuşdur. Şumer tibbi Şumerlər dünya tarixində ilk yazılı tibbi mənbələri yaratmışlar. Onların gil lövhələrində xəstəliklərin səbəbləri və müalicə üsulları qeyd olunurdu. Şumerlər tibb sahəsində dini inancları və praktik bilikləri birləşdirirdilər. Onlar hər xəstəliyi ilahi bir cəza hesab edirdi və dualar, magiya, eləcə də təbii vasitələrdən istifadə edirdilər. Həkimlər mütəxəssisləşmişdi və bəzi xəstəliklər üçün təbii otlardan, minerallardan və heyvan mənşəli maddələrdən hazırlanan dərmanlar tətbiq olunurdu. Misir tibbi Misir tibb elmi daha inkiaf etmiiş və şəkillənmiş bir sistem idi. Həkimlər anatomiyanı yaxşı bilirdilər və bu bilik sayəsində cərrahiyyə əməliyyatları icra edirdilər. Onlar sırıq və yaraları sarıyır, qəbizlik, iltihab və sümük qırıqları kimi xəstəlikləri müalicə edirdilər. Misir həkimləri təbii bitkilərdən, baldan, duzlardan və heyvan mənşəli maddələrdən istifadə edirdilər. "Ebers Papirüsü" kimi mənbələr qədim Misir tibbi biliklərinin geniş şəkildə toplandığı mühüm sənəddir və orada 800-dən çox dərman resepti yer alır. Çin tibbi Qədim Çin tibbi bədənin balansı və enerji axınına (çi enerjisi) əsaslanırdı. Çin həkimləri akupunktur, masaj, bitki mənşəli dərmanlar və təbii müalicə metodlarından geniş istifadə edirdilər. Həzmi düzgün saxlamaq, bədənə qulluq etmək və daxili orqanları tarazlamaq tibbin əsas prinsipləri idi. "Huangdi Neijing" adlı əsər qədim Çin tibbinin əsas prinsiplərini mùəyyənləşdirən mühüm mənbə hesab olunur.


İstinadlar

Tarix : 4 fevral 2025


Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır.