• Wikisun
Layihə çərçivəsində Wikipedia platformasına əlavə olunan məqalə sayı
1
2
5
5
theropoda-dinozavri

Theropoda dinozavrı

Theropoda dinozavrı (/θɪəˈrɒpədə/; qədim yunanca θηρίο- ποδός [θηρίον, (therion) "vəhşi canlı"; πούς, ποδός (pous, podos) "ayaq"]) - Ümumiyyətlə teropodlar kimi tanınan, boş sümüklər və hər ətraflarında üç barmaq və dırnaq ilə xarakterizə olunan mövcud dinozavr kladı. Təsnifat Teropodlar ümumiyyətlə sauriskian dinozavrlar qrupu kimi təsnif edilir. Onlar əcdadlarına görə əsasən ətçil olsalar da, bir sıra teropod qrupları otçul və hətta hər şey yeyən canlılara çevrilmişdir. Teropodlar ilk dəfə Trias dövrünün Karnian mərhələsində, təxminən 231,4 milyon il əvvəl meydana çıxmışdır və Erkən Yura dövründən Təbaşir dövrünün sonuna qədər (təxminən 66 milyon il əvvəl) böyük quru yırtıcılarının əksəriyyətini təşkil edirdi. Yura dövründə quşlar kiçik ixtisaslaşmış selurozavr teropodlardan təkamül etmişdir və bu gün təxminən 11.000 müasir növ ilə təmsil olunur. Xüsusiyyətlər Teropodların sinapomorfiyaları (ümumi əcdad xüsusiyyətləri) qrupun tərkibinə daxil olan taksonlara əsasən müxtəlif şəkildə təklif edilmişdir. Məsələn, Pol Serenonun 1999-cu ildə apardığı araşdırmaya görə, teropodlar ekzopteriqoid fossa (ekzopteriqoid sümüyü ətrafında çökək), alt çənədə yerləşən intramandibulyar oynaq və sümüklərdə daxili boşluqlar kimi xüsusiyyətlərlə xarakterizə olunur. Lakin, Herrerasaurus kimi taksonlar teropod olmaya biləcəyi üçün bu xüsusiyyətlər erkən sauriskianlar arasında daha geniş yayılmış ola bilər. Qidalanma və dişlər Teropodlar həşərat yeyənlərdən tutmuş otçul və ətçillərə qədər geniş spektrli qidalanma növləri nümayiş etdirir. Ətçil qidalanma həmişə teropodların əcdad qrupu üçün əsas qidalanma növü kimi qəbul edilmişdir və tarixən müxtəlif qidalanma növləri yalnız quş teropodlarına (quşlara) xas xüsusiyyət hesab edilirdi. Lakin, 20-ci əsrin sonu və 21-ci əsrin əvvəllərində edilən kəşflər göstərdi ki, daha əsas xətlərdə belə müxtəlif qidalanma növləri mövcud olmuşdur. Teropod fosilləri ilə bağlı ilk tapıntılar onların əsasən ətçil olduğunu göstərmişdir. 19-cu və 20-ci əsrin əvvəllərində alimlər tərəfindən məlum olan erkən teropod fosilləri hamısı kəsici kənarları olan iti dişlərə malik idi və bəzi nümunələr yırtıcı davranışın birbaşa sübutunu göstərirdi. Məsələn, Compsognathus longipes fosili qarın hissəsində kərtənkələ qalıqları ilə tapılmışdır, Velociraptor mongoliensis nümunəsi isə Protoceratops andrewsi (bir növ ornitiskian dinozavr) ilə döyüş halında qalmışdır. Bu, ehtimal ki, döyüş zamanı üzərlərinə qum dyunlarının yığılması nəticəsində baş vermişdir.


İstinadlar

Tarix : 21 fevral 2025


Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır.