- Wikisun
Təsdiqlənmə asılılığı (ing.Validation Dependence) — Bir insanın özünü dəyərli və qəbul olunmuş hiss etmək üçün başqalarının təsdiqinə və razılığına həddindən artıq ehtiyac duyması. Mahiyyəti Bu vəziyyət adətən aşağı özünəinam, uşaqlıq travmaları və ya sosial təsirlərlə bağlı olur. Bu, sosial münasibətlərdə asılılığa, qərarsızlığa və özünəinamın azalmasına səbəb ola bilər. Əlamətləri -Daim başqalarının fikrini soruşmaq və təsdiq almaq ehtiyacı -Rədd edilməkdən və ya tənqid olunmaqdan həddindən artıq qorxmaq -Öz qərarlarına etibar etməmək və başqalarının yönləndirməsinə bağlı olmaq -Sosial mediada "like", "comment" və digər rəylərə həddindən artıq önəm vermək -Öz dəyərini başqalarının fikirləri ilə müəyyənləşdirmək Səbəblər - Uşaqlıq dövründə şərtsiz sevginin azlığı – Valideynlər tərəfindən sevgi və diqqətin yalnız müəyyən şərtlər altında göstərilməsi. Uşaq vaxtı valideynlər və ya yaxınlar tərəfindən kifayət qədər dəstək və sevgi görməmək -Aşağı özünəinam və öz dəyərini hiss etməmək. İnsan öz dəyərini daxili güclə deyil, xarici təsdiqlə müəyyən etməyə başlayır. -Cəmiyyətin mükəmməllik və uğur haqqında yaratdığı təzyiqlər - Keçmiş travmalar – Rədd edilmə, tənqid olunma və ya sosial təcrid kimi təcrübələr insanın başqalarının təsdiqinə olan ehtiyacını artırır.Travmalar və ya keçmişdə yaşanmış emosional zədələr
https://andreagiles.com/validation-dependency/
https://www.impossiblepsychservices.com.sg/our-resources/articles/2024/01/19/common-signs-of-validation-seeking-behaviour-in-relationships
https://www.psychologytoday.com/intl/blog/addiction-and-recovery/201907/stop-seeking-validation-others
https://positivepsychology.com/validation-in-therapy/
https://www.dovepress.com/concept-of-affective-dependence-and-validation-of-an-affective-depende-peer-reviewed-fulltext-article-PRBM
Tarix : 5 fevral 2025
Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır.