• Wikisun
Layihə çərçivəsində Wikipedia platformasına əlavə olunan məqalə sayı
1
2
5
5
tepe-sariayaq-qurbagasi

Təpə sarıayaq qurbağası

Təpə sarıayaq qurbağası (Rana boylii) - Ranidae fəsiləsinin Rana cinsinə aid kiçik ölçülü (3,72–8,2 sm və ya 1,46–3,23 düym) bir qurbağa növü. Bu növ tarixən Şimali Oreqondan Kaliforniyaya və Kaliforniya yarımadasına (Meksika) qədər olan Sahil sıra dağlarında, həmçinin Kaliforniyada Siera Nevada və Cənubi Kaskad sıra dağlarının ətəklərində tapılırdı. Təpə sarıayaq qurbağası Federal Nəzarət Altında Olan Növ və Kaliforniya Ştatının Təhlükə Altında Olan Növü kimi qeyd edilmişdir. 2021-ci ilin dekabrında federal qayda ilə altı mövcud fərqli populyasiya seqmentindən (DPS) dördünün Nəsli Kəsilməkdə Olan Növlər Aktı altında siyahıya alınması təklif edilmişdir. Görünüş Təpə sarıayaq qurbağasının bel nahiyəsi boz, qəhvəyi və ya qırmızımtıl rəngdədir. Ümumiyyətlə ləkəli və ya xallıdır, lakin bəzən sadə rəngli ola bilər. Yetkin fərdlərin ayaqlarının altı sarı rəngdədir və bu rəng qarın nahiyəsinə qədər uzanır, lakin bu xüsusiyyyət gənc qurbağalarda zəif və ya yoxdur. Burun nahiyəsində üçbucaq şəklində açıq rəngli ləkə var və cinsin digər nümayəndələrindən fərqli olaraq göz zolağı yoxdur. Boğaz və sinə nahiyəsi çox vaxt qabarıq ləkəlidir; növün zəif dorso-lateral dəri qatları və qabarıq dərisi var. Bu növün erkəkləri çoxalma mövsümündə baş barmaqlarının əsasında cütləşmə yastıqları inkişaf etdirir. Bu qurbağalar kobud dərisi, üfüqi bəbəkləri, tam pərdəli arxa ayaqları və hərəkətli suya tullanma adətləri ilə tanınır. Yayılması və yaşayış mühiti Təpə sarıayaq qurbağası Sahil sıra dağlarında, Oreqonun Marion qraflığındakı Santiam çayından cənuba, Los-Anceles qraflığındakı San Qabriel çayına qədər və Kaliforniyanın mərkəzi və şimal hissələrində Siera/Kaskad dağ silsilələrinin qərb yamaclarında tapılır. Digər təcrid olunmuş populyasiyalar Kaliforniya yarımadasının şimalında, cənubi Kaliforniyada və Kaliforniyanın Butte qraflığındakı Sutter Buttes-də qeyd edilmişdir. Növ dəniz səviyyəsindən Kaliforniya yarımadasının şimalında 6,700 fut (2,000 m) yüksəkliyə qədər olan ərazilərdə tapılır. Kaliforniyada təpə sarıayaq qurbağası Sierrada Plumas Milli Parkı yaxınlığında McKesick Zirvəsində 6,000 fut (1,800 m) və Leyk və Kolusa qraflıqlarının sərhədindəki Qar Dağında 6,365 fut (1,940 m) yüksəklikdə qeyd edilmişdir. Onlar qayalıq altlığı və ya günəşli sahilləri olan axan çaylar və çaylarda tapılır. Kimyəvi müdafiə R. boylii, Batrachochytrium dendrobatidis kimi göbələk infeksiyalarından qorunmaq üçün kimyəvi müdafiə mexanizmindən istifadə edir. Qurbağa dərisi vasitəsilə bir peptid ifraz edir və peptidin hidrofob (suya qarşı dözümlü) hissələri amfibiyaya yapışmaq istəyən göbələklərə mane olur. Bu qabiliyyət digər Rana növlərində də tapıla bilər, o cümlədən Kaskad qurbağası və moor qurbağası. Birincisi göbələk infeksiyalarına qarşı mübarizə aparan südə bənzər bir maddə ifraz edir, ikincisi isə cütləşmə mövsümündə erkəklərin mavi rəngə çalması qabiliyyətindən istifadə edir. Bununla belə, təpə sarıayaq qurbağasının kimyəvi müdafiə mexanizmi tam şəkildə öyrənilməmişdir. Bu qabiliyyət bir çox şirkətlərin marağına səbəb olmuşdur, çünki ümumi göbələkə qarşı effektivliyi yüksəkdir. Lakin mövcud pestisidlərin istifadəsi qurbağa üçün problemlər yaratmışdır. Ümumi pestisidlərdə tapılan karbaril maddəsinə məruz qalma qurbağaları öldürməsə də, peptidlərin xitrid kimi işğalçılara qarşı müdafiə qabiliyyətini azaldır. R. boylii üzərində pestisidlərin tam təsirlərini araşdırmaq üçün daha çox tədqiqat aparılır.


İstinadlar

Tarix : 5 mart 2025


Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır.