- Wikisun
Tarpon (Genus Megalops) – "Megalopidae" ailəsinin yeganə üzvü olan balıq cinsi. Xüsusiyyətləri Tarponlar 1,2-2,4 metr uzunluğa qədər böyüyə bilər və çəkiləri 27-127 kq arasında dəyişir. Onlar mavi və ya yaşıl arxa hissəyə sahibdir. Tarponların bədəni parlaq gümüşü olur. İri gözlərə malikdir və alt çənələri üzünə nisbətən daha iridir. Bədənlərində olan parlaq pulcuqlar, baş hissəsindən başqa bütün bədənini əhatə edir. Növlər və yaşayış mühitləri 1. "Megalops atlanticus" (Atlantik tarponu) – Qərbi Atlantik sahillərində, Virciniyadan Braziliyaya qədər, Karib dənizi boyunca və Meksika körfəzinin sahilində tapılır. Həmçinin, Qərbi Afrika sahilində, Seneqaldan Cənubi Anqolaya qədər yayılır. 2. "Megalops cyprinoides" (Hind-Sakit okeanı tarponu) – Şərqi Afrika sahillərində, Cənub-Şərqi Asiyada, Yaponiyada, Taitidə və Avstraliyanın sahillərində yayılıb. Hər iki növ həm dəniz, həm də şirin su mühitlərində yaşayır və adətən çaylara qalxaraq şirin su bataqlıqlarına keçir. Tarponlar, şirin su mühitləri daxil olmaqla, dəyişkən pH (Hidrogen göstəricisis) dəyərləri və az oksigen tərkibinə sahib olan sulara dözə bilirlər. Onlar həm də səthə qalxaraq hava udurlar ki, bu da enerjini qısamüddətli artırır. Fosil növləri "Megalops priscus "(Woodward 1901): "Ypresian" dövründə yaşamış bir növ, 56-47 milyon il əvvəl. "Megalops oblongus" (Woodward 1901): Eyni dövrdə yaşamış, İngiltərədə tapılan bir növ. "Megalops vigilax" (Jordan 1927): Kaliforniyada tapılan və Miyosen dövrünə aid olan fosil növü. Çoxalma Tarponlar isti, izolyasiya olunmuş su hövzələrində çoxalır. Dişi tarponlar yüksək doğma qabiliyyətinə malikdir və bir dəfədə 12 milyonadək yumurta qoya bilərlər. Cinsi yetişkənlik 75-125 sm uzunluğunda olduqda baş verir. Çoxalma mövsümü adətən yazın sonu və yayda baş verir. Tarponların inkişaf mərhələləri müxtəlif mühitlərdə baş verir. Birinci mərhələ olan "leptosefalus" mərhələsi 20-30 gün davam edir və təmiz, isti okean sularında baş verir. İkinci mərhələ 70-ci gündə baş verir. Bu mərhələdə balıq yavaş böyümə mərhələsindən keçir. Üçüncü mərhələ isə balığın cinsi yetkinliyə çatdığı və sürətlə böyüdüyü mərhələdir. Qidalanma Birinci mərhələnin inkişafında olan tarponlar dəniz suyundan qida maddələrini dərialtı vasitəsilə udurlar. İkinci və üçüncü mərhələlərdə olan gənc tarponlar zooplankton, həşəratlar və kiçik balıqlarla qidalanır. Yetkin tarponlar yalnız ət yeyənlərdir və adətən gecələr balıq ovlayırlar. Yediyi qidaları tamamilə udurlar. Yırtıcılar Birinci və ikinci mərhələlərdə olan inkişaf dövründə yırtıcıların hədəfinə çevrilir. Birinci mərhələdə olan tarponların daha böyük tarponlar tərəfindən yeyildiyi müşahidə edilib. Onların digər təbii düşmənləri quşlardır. Xüsusilə "ospreys" və digər yırtıcı quşlar. Quşlar tarponlar səthə qalxanda onları asanlıqla hədəf alır, çünki bu balıqlar hava udduqları zaman sudan başını çıxardır, bədənlərinin qızılı və gümüşü rəngi yırtıcıların uzaq məsafədən belə diqqətini çəkə bilir. Yetişkin tarponlar nadir hallarda alliqatorlar, köpək balıqları və timsahlar kimi böyük yırtıcılar tərəfindən ovlanır. İnsanlarla əlaqə Tarponlar, həm ölçüsü, həm də döyüş qabiliyyəti ilə məşhur bir oyun balığı sayılır (Beynəlxalq balıq ovlama oyunları). Çoxları tarponu ovlayır, amma ətlərinin dadı pis olduğu üçün, ələ keçiriləndən sonra azad edilir. Tarponlar çox vaxt gecə ovlanır və son anına qədər qurtulmaq üçün mübarizə aparır. Tarpon balığı ovu ilə əlaqədar bir çox turnir təşkil olunur.
https://en.wikipedia.org/wiki/Tarpon
https://www.britannica.com/animal/tarpon
https://a-z-animals.com/animals/tarpon/
https://www.bonefishtarpontrust.org/tarpon-life-cycle/
https://guidesly.com/fishing/fish-species/tarpon
https://www.marinebio.org/species/tarpon/megalops-atlanticus/
https://www.floridamuseum.ufl.edu/discover-fish/species-profiles/megalops-atlanticus/
https://www.fishingcairns.com.au/target-species/tarpon/
https://www.georgiaaquarium.org/animal/tarpon/
Tarix : 26 dekabr 2024
Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır.