• Wikisun
Layihə çərçivəsində Wikipedia platformasına əlavə olunan məqalə sayı
1
2
5
5
tanzaniya-gulus-epidemiyasi

Tanzaniya Gülüş epidemiyası

Tanzaniya gülüş epidemiyası - Psixogenik xəstəlik hadisəsi. Tanzaniya Gülüş epidemiyası 1962-ci ildə Tanzaniyada yerləşən "Kashasha" kəndinin yaxınlığında, Viktoriya gölünün qərb sahilində baş vermiş kütləvi psixogenik xəstəlik hadisəsidir. Hadisə, kəndə yaxın bir qadın məktəbində başlayıb, sürətlə yayılmışdır. Tarixi Gülüş epidemiyası 30 yanvar 1962-ci ildə "Kashasha" kəndində, qızlar üçün olan bir misyoner məktəbində başlayıb. İlk olaraq üç qızda görünən simptomlar sürətlə məktəbdəki 159 tələbədən 95-də görülüb. Tələbələrin yaşı 12 ilə 18 arasında idi. Simptomlar bəzən bir neçə saatdan 16 günə qədər davam etmiş, orta müddət isə 7 gün olmuşdur. Müəllimlər tələbələrin dərslərə diqqət yetirə bilmədiklərini bildirmişlər. Epidemiyanın baş verdiyi Kashasha kəndində hadisə təxminən 48 gün davam etmişdir. Məktəb 18 mart 1962-ci ildə bağlanmış, 21 mayda təkrar açıldıqdan sonra 57 nəfərdə yoluxma qeydə alınmışdır. Epidemiya, "Kashasha" kənd məktəbindəki bir neçə qızın yaşadığı, Bukoba şəhərinin qərbində yerləşən "Nshamba" kəndinə də yayılmışdır. Aprel və may aylarında 217 gənc 34 gün ərzində gülmə krizinə girmişdir. Kənd məktəbi, gülüşün ətraf kəndlərə yayılmasına səbəb olduğu üçün məhkəməyə verilmişdir. Daha sonra qonşu kənd olan "Ramashenye" qızlar məktəbində də 48 qızda gülüş simptomları müşahidə olunmuşdur. Epidemiyanın təsiri 18 ay sonra azalmışdır və bu müddətdə 14 məktəb bağlanmış, təxminən 1000 nəfər bu epidemiyaya yoluxmuşdur. Səbəblər və simptomlar Simptomları arasında gülmək və ağlamaq, ümumi narahatlıq, ağrılar, huşunu itirmə, nəfəsalma problemləri və halsızlıq yer alırdı. Bu simptomların əksəriyyəti, xarici amillərin yaratdığı stressdən qaynaqlanırdı. Kütləvi histeriya və psixogenik xəstəliklərin səbəbi, insanların hiss etdiyi təzyiqə, mədəni dəyişikliklərə, qeyri-müəyyənlik hallarına və sosial təzyiqlərə reaksiya olaraq yaranır. Linqvist Kristian Hempelman hadisəni stresslə əlaqələndirmişdir. 1962-ci ildə Tanzaniya müstəqilliyini qazanmışdı və məktəblərə kütləvi şagird axını başlamışdır. Çox çətin vəziyyətdə yaşayan valideynlər uşaqlarına bu vəziyətdən çıxarmaq üçün təzyiqlər edirdilər. Bu da onların psixoloji vəziyyətinə güclü təsir edirdi. Əlaqəli hadisələr Tanzaniya gülüş epidemiyası, Viktoriya gölünün ətrafında baş verən üç ardıcıl davranış epidemiyasından biridir. Bu üç böyük epidemiyanın hər biri kütləvi histeriya və ya psixoloji vəziyyətə aid edilmişdir. "Şərqi Afrika Tibb Jurnalı"nda Benjamin Kaqva tərəfindən yazılan məqaləyə görə, tipik simptomların müəyyən etnik qruplarda daha çox yayılması və bu simptomların qəbilə sərhədləri ilə uyğun gəlməsi qeydə alınmışdır. Tanzaniya gülüş epidemiyasının da olduğu kimi, digər iki epidemiya da yerli qəbilə və icmaların ənənəvi mədəniyyətindən uzaqlaşan radikal dəyişikliklərə bağlı olaraq meydana gəlmişdir. Tanzaniya gülüş epidemiyası, təkcə 1962-ci ildə deyil, həm də ondan əvvəlki və sonrakı davranış epidemiyalarının bir hissəsi olaraq geniş diqqət çəkmişdir. Bu hadisə, kütləvi psixogenik xəstəliklərin və mədəni dəyişikliklərin insan psixologiyasına necə təsir etdiyini araşdıran alimlər üçün əhəmiyyətli bir nümunə olmuşdur.


İstinadlar

Tarix : 20 dekabr 2024


Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır.