- Wikisun
Tahar Caut (11 yanvar 1954 – 2 iyun 1993) — Əlcəzairli jurnalist, şair və ədəbiyyatçı. Erkən həyat Tahar Caut 1954-cü ildə Əlcəzairin Kabiliya bölgəsində yerləşən Oulkhou kəndində anadan olmuşdur. Universiteti bitirdikdən sonra "Algérie Actualité" qəzetində jurnalist olaraq işləyib və 1980-ci illərin sonlarına doğru Əlcəzairin ən önəmli ədəbiyyatçılarından birinə çevrilmişdir. Qətl O, sekulyarizmi dəstəklədiyi və dini fanatizmə qarşı olduğu üçün "Silahlı İslam Qrupu" tərəfindən qətlə yetirilmişdir. 26 may 1993-cü ildə Əlcəzairin paytaxtı Əlcəzair şəhərində, evindən çıxarkən hücuma məruz qalmışdır. Bir həftəlik komada qalaraq 2 iyun 1993-cü ildə dünyasını dəyişmişdir. Hücum edənlərdən biri Cautun "İslamçı sektorlar üzərində təsir göstərə biləcək qorxulu bir qələmi vardı" deyə bildirib. Onun ölümündən sonra "BBC" onun haqqında "Shooting the Writer" adlı bir sənədli film hazırlamışdır, filmi Salman Rüşdi təqdim etmişdir. Əsərləri -"The Last Summer of Reason" -"The Watchers" -"L'invention du Desert" -"Les Chercheurs d'Os" -"Les Rets de l'oiseleur" -"L'oiseau minéral" -"L'exproprié" -"Insulaire et Cie" -"L'Arche à vau-l'eau" -"Solstice Barbelé"
https://en.wikipedia.org/wiki/Tahar_Djaout
https://cpj.org/data/people/tahar-djaout/
https://www.lavenderink.org/site/books/tahar-djaout/?v=a906dcd34dae
https://pen.org/case-histories-tahar-djaout/
https://www.nebraskapress.unl.edu/author/tahar-djaout/
https://www.jstor.org/stable/40149847
https://www.proquest.com/docview/209387959?sourcetype=Scholarly%20Journals
https://www.thepublicdiscourse.com/2009/01/98/
Tarix : 24 fevral 2025
Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır.