• Wikisun
Layihə çərçivəsində Wikipedia platformasına əlavə olunan məqalə sayı
1
3
9
9
suzan-ebulheva-yazici-siyasi-feal

Süzan Əbulhəva (yazıçı, siyasi fəal)

Süzan Əbulhəva - Fələstinli-amerikalı yazıçı, siyasi fəal və insan haqları müdafiəçisi. Onun ilk romanı "Cənin səhərləri" 30-dan çox dilə tərcümə edilmiş və beynəlxalq bestseller olmudur. Əbulhəva, həmçinin "Fələstin üçün Uşaq Meydançaları" qeyri-hökumət təşkilatının qurucusudur. Həyatı və təhsili Əbulhəva, 1967-ci il müharibəsi zamanı Fələstinin işğalı nəticəsində qaçqın düşmüş valideynlərin övladı olaraq, Küveytdə anadan olmudur. Uşaqlığı Küveyt, İordaniya və Fələstin arasında keçmiş, 10 yaşında Qüdsdəki Dar əl-Tifl əl-Ərəbiyyə yetimxanasında yaşamışdır. 13 yaşında ABŞ-a köçərək, Şimali Karolina ştatında yerləşən “Pfeiffer Universiteti”ndə biologiya üzrə bakalavr dərəcəsi almış, daha sonra “Cənubi Karolina Universiteti Tibb Məktəbi”ndə nevrologiya üzrə magistr təhsili tamamlamışdır. Ədəbi fəaliyyəti Əbulhəvanın ilk romanı "Cənin səhərləri" (2010) fələstinli bir ailənin nəsillər boyu yaşadığı hadisələri təsvir edir və 30-dan çox dilə tərcümə edilərək beynəlxalq bestseller olmuşdur. İkinci romanı "Göy ilə su arasındakı mavi" (2015) də, geniş oxucu kütləsi tərəfindən qəbul edilmişdir. Üçüncü romanı "Sevgisiz dünayaya qarşı" (2020) tənqidçilər tərəfindən yüksək qiymətləndirilmiş və 2021-ci ildə "Ərəb-Amerika Kitab Mükafatı"nı qazanmdır. Aktivizmi 2001-ci ildə Əbulhəva, fələstinli uşaqların oyun huquqlarını müdafiə etmək və onlar üçün oyun meydançaları qurmaq məqsədi ilə "Fələstin üçün Uşaq Meydançaları" təşkilatını təsis etmidir. O, həmçinin İsrailə qarşı Boykot, Məhrumetmə və Sanksiyalar (BDS) kampaniyasının fəal iştiraşçısıdır. Mükafatları -"Ərəb-Amerika Kitab Mükafatı" -"Leeway Vəqfi Edna Andrade mükafatı" -"Ən Yaxşı Kitablar Tarixi Fiksiya Mükafatı" -"MEMO Fələstin Kitab Mükafatı" -"Barbara Deming Memorial Fondu Mükafatı" -"2021 Aspen Words Ədəbiyyat Mükafatı" Finalisti -"Ərəb-Amerika Muzeyi Fiksiya Mükafatı" -"Rathbones Folio Mükafatı" uzun siyahısı -"2020 Fələstin Kitab Mükafatları" Qalibi -"2020 Philadelphia Athenaeum Ədəbiyyat Mükafatı" Finalisti


İstinadlar

Tarix : 27 fevral 2025


Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır.