• Wikisun
Layihə çərçivəsində Wikipedia platformasına əlavə olunan məqalə sayı
1
3
9
9
suru-tuncqanadi

Sürü tuncqanadı

Sürü tuncqanadı (Phaps histrionica) - Həmçinin sürü göyərçini, "harlequin" tuncqanadı və "harlequin" göyərçini kimi tanınan, "Columbidae" fəsiləsinə aid bir göyərçin növü. Taksonomiya İngilis ornitoloq Con Qould, "sürü tuncqanadı"nı (o zamanlar "harlequin tuncqanadı" adı ilə) ilk dəfə "Avstraliya Quşları" kitabının beşinci cildində təsvir etmişdir. Əvvəlcə "Persitera" cinsinə aid edilmişdir. Qould bu növü ilk dəfə 1839-cu ildə Yeni Cənubi Uelsdəki Liverpul düzənliklərində, Mooki çayı (Namoi çayının yuxarı hissəsi) boyunca müşahidə etmişdir. "Columba (Peristera) histrionica" növünün sintipi (Bds. Austr., 1841. Pt.2. (1 mart), pl. (13) = 5 pl. 66) olan yetkin erkək fərd, "Liverpul Milli Muzeyi"nin "Vertebrat Zooloji Kolleksiyası"nda (World Museum) saxlanılır və kataloq nömrəsi "NML-VZ D1486b"-dir. Nümunə 1839-cu ilin dekabrında Namoi, Yeni Cənubi Uelsdə toplanmışdır. Nümunə Con Qould tərəfindən alınmış və 1851-ci ildə Liverpul xalqına vəsiyyət edilən 13-cü Derbi qrafının kolleksiyası vasitəsilə, "Liverpul milli kolleksiyası"na daxil olmuşdur. "Filadelfiya Təbiət Elmləri Akademiyası"nın kolleksiyalarında da, iki sintip mövcuddur. Təsvir Sürü tuncqanadı Avstraliya göyərçinləri arasında ən köçəri olanıdır və digər Avstraliya növləri ilə səhv salmaq çətindir. Tam yetişmiş sürü tuncqanadlarının uzunluğu 280-305 mm, qanad uzunluğu 189-216 mm arasında dəyişir. Çəkisi isə 260-320 qram arasındadır. Yetkin erkək Yetkin erkəyin başı qaradır, yalnız ağ alın, boğazın alt hissəsindəki ağ ləkə və gözün arxasından başlayaraq qulaq örtüklərini demək olar ki, əhatə edən ağ xətt istisna olmaqla. Üst hissələr və qanadlar qırmızımtıl-qum rəngindədir. Birinci dərəcəli örtüklər və "alula" boz rəngdədir və ağ kənarlara malikdir. Birinci dərəcəli lələklər boz rəngdədir və şabalıdı daxili hissələrə malikdir; xaricdən üçü istisna olmaqla, hamısının ucu ağdır. İkinci dərəcəli lələklər boz rəngdədir, lakin daxili ikinci dərəcəli lələklərin daxili hissəsi şabalıdı rəngdədir. Gözləri tünd qəhvəyi, dimdiyi isə qaradır. Yetkin dişi Dişilərin başının üst hissəsi, tacı və alnı qum-qəhvəyi rəngdədir. Çənə, üz və boğazdakı qara və ağ işarələr erkəklərə nisbətən daha solğundur. Boynun ön hissəsində qum-qəhvəyi bir hissə var və birinci dərəcəli lələklərin ucu ağ deyil. Cavan fərdlər Cavan fərdlər dişilərə ən çox bənzəyir, lakin bəzi fərqlər var, məsələn, üz işarələri ya yoxdur, ya da daha az fərqlənir; birinci dərəcəli və bəzi ikinci dərəcəli lələklərin ucu qəhvəyi rəngdədir və dimdiyi buynuz rəngindədir. Qidalanma Əsas qida mənbəyi, otlar və kolların toxumlarıdır, lakin növ bəzən yaşıl zoğlarla da, qidalanır. Avstraliyanın daxili bölgələrinə mal-qaranın gətirilməsi ilə sürü tuncqanadı mal axarından sindirilməmiş toxumları yeməyə uyğunlaşmışdır. Yediyi bəzi toxum növlərinə səhra südləyəni, dəvə kolu, sarı papatya və çay otu daxildir. Yaşayış yeri Sürü tuncqanadı digər Avstraliya göyərçinlərindən daha çox qitənin quru düzənliklərinə uyğunlaşıb. Üstünlük verdiyi yaşayış yeri açıq otlaq düzənlikləri, topa halında otlar və kiçik kolluqlarla əhatə olunmuş açıq sahələrdir. Bu tip yaşayış yeri üçün əsas ərazi Barkly yaylasının otlaq düzənlikləridir. Çoxalma Çoxalma mövsümü dəyişkəndir və əsasən qida mövcudluğundan asılıdır. Cənubda yazdan erkən yay mövsümünə qədər, şimalda isə quru mövsümün əvvəlindən ortasına qədər çoxalır. Yuva yerdə qazılmış bir çökəkdir və adətən ot və ya kolların arasında yerləşir. İki ağ yumurta 16 gün müddətində inkubasiya olunur və balalar bir həftə sonra yuvadan uzaqlaşa bilirlər. Yayılma Sürü tuncqanadı ən çox Şimal Ərazinin şərqində və Qərbi Kvinslənddəki Barkly yaylasında yayılıb; lakin onların yayılma ərazisi olduqca genişdir və bəzən Qərbi Avstraliyanın Kimberli regionunda, şimal Cənubi Avstraliyada və şimal-qərb Yeni Cənubi Uelsdə də tapıla bilər. Onlar artıq Yeni Cənubi Uelsdəki Liverpul düzənliklərində tapılmır. Təhlükələr Sürü tuncqanadlarına əsas təsir maldarlıqdan olub. 1800-cü illərin ortalarından sonlarına qədər bir çox müşahidəçi indi yalnız təsadüfi qonaq olduqları şimal Cənubi Avstraliya və qərb Yeni Cənubi Uels kimi ərazilərdə sürü göyərçinlərinin nəhəng sürülərindən yazırdı. Maldarlıq həm populyasiyaya, həm də yayılma ərazisinə təsir edib, çünki mal-qara sürü tuncqanadlarının qida və yuva qurmaq üçün ehtiyac duyduğu otları yeyir. Sürü tuncqanadları üçün digər təhlükə yırtıcılıqdır; yumurtalarını yerə qoyduqları üçün yırtıcılara qarşı zəifdirlər.


İstinadlar

Tarix : 26 fevral 2025


Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır.