• Wikisun
Layihə çərçivəsində Wikipedia platformasına əlavə olunan məqalə sayı
4
5
6
8
suprematik-kompozisiya

Suprematik kompozisiya

Suprematik kompozisiya (mavi düzbucaqlının qırmızı şüanın üzərində yerləşməsi) — geometrik abstraksiya üslubunda işləyən rus rəssamı Kazimir Maleviç tərəfindən 1916-cı ildə çəkilmiş rəsm əsəridir. Əsər 1916-cı ildə yaradılmış və 1927-ci ilin iyununa qədər rəssamın mülkiyyətində qalmışdır. Maleviç əsəri Berlində keçirilən Böyük Berlin İncəsənət Sərgisində nümayiş etdirmiş, lakin qısa müddət sonra Sovet İttifaqına qayıtmışdır. Əsər alman memarı Hüqo Heringin mülkiyyətinə keçmiş, o isə əsəri Stedelijk Muzeyinə satmışdır. Əsər növbəti 50 il ərzində burada saxlanılmışdır. Əsər əsasən Avropada olmaqla, müxtəlif sərgilərdə nümayiş etdirilmişdir. Əsərin mülkiyyət hüququ ilə bağlı 17 il davam edən uzunmüddətli məhkəmə çəkişməsindən sonra rəsm əsəri, rəssamın varislərinə qaytarılmışdır. 2008-ci ilin noyabrında rəssamın varisləri əsəri Sotheby's hərracında 60 milyon ABŞ dollarına Nahmad ailəsinə satdılar. 2018-ci ildə əsər Christie's hərracında komissiya daxil olmaqla 85,8 milyon ABŞ dollarına incəsənət dileri Brett Gorviyə satılmışdır. Bu, Rusiya incəsənəti tarixində bir əsər üçün ödənilmiş ən yüksək qiymət olmuşdur. Həmçinin bax Ən bahalı rəsm əsərlərinin siyahısı Suprematizm Qeydlər və istinadlar


İstinadlar

Tarix : 10 sentyabr 2026