• Wikisun
Layihə çərçivəsində Wikipedia platformasına əlavə olunan məqalə sayı
4
5
6
8
supett

Şupett

Şupett (15 avqust 2011-ci ildə anadan olub) mavi-krem rəngli Birma pişiyidir. Şupett 2011-ci ilin Milad bayramı ərəfəsində Karl Lagerfeldə hədiyyə edilib və 2019-cu ilədək onun ev heyvanı olub. Lagerfeld həmin il, fevralın 19-da, 85 yaşında vəfat edib. Həyatı Karl Lagerfeld və Şupett Şupett əvvəlcə fransız model Baptist Cabikoniyə məxsus olub. 2011-ci ilin Milad bayramı ərəfəsində Cabikoni xaricdə olduğu müddətdə Şupett, Lagerfeldin yanında qalıb. Bundan sonra pişiyi ona hədiyyə edib. Lagerfeld Şupett haqqında belə deyib: «İnsanlar onun qarşısında heyrətə gəlirlər... Tezliklə insanlar mənim haqqımda deyil, Şupett haqqında daha çox danışacaqlar!» Lagerfeld 2019-cu ilin fevralında vəfat etdikdən sonra Şupettin mərhum modelyerin sərvətinin bir hissəsini miras alacağı barədə çoxsaylı xəbərlər yayılıb. Buna səbəb Lagerfeldin vaxtilə Le Figaro qəzetinə verdiyi açıqlamada Şupett haqqında «onun öz kiçik sərvəti var. O, varisdir» deməsi olub. Moda və pişik məhsullarında istifadəsi Londonda, Regent küçəsində Karl Lagerfeld mağazasının vitrinində Şupett Şupettin adından və görünüşündən ilhamlanan Chanel çantasının hazırlanması ilə bağlı ilk internet şayiələri 2012-ci ilin iyul ayının əvvəlində The New York Times qəzetinin moda tənqidçisi Keti Horinin tvitindən sonra yayılıb. 2012-ci ilin payızında Lagerfeldin yüksək moda nümayişində modellərin daşıdığı çantanın «Choupette» adlandırıldığı ehtimal edilirdi. Lakin bu məlumat heç vaxt rəsmi şəkildə təsdiqlənməyib. Şupett həmçinin Lagerfeldin 2012-ci ilin yaz yüksək moda kolleksiyasına ilham mənbəyi olub. Modelyer kolleksiyada Şupettin gözlərinin rəngindən ilhamlanaraq qarğıdalıçiçəyi mavisindən istifadə edib. 2014-cü ilin iyulunda Şupett haqqında kitabın və Shu Uemura tərəfindən hazırlanmış məhdud sayda makiyaj kolleksiyasının satışa çıxarılacağı bildirilmişdi. 2015-ci ilin martında Lagerfeld The Cut jurnalına verdiyi müsahibədə bildirib ki, Şupett 2014-cü ildə iki layihədə iştirakı nəticəsində 3 milyon avro (3,18 milyon ABŞ dolları) gəlir əldə edib. Layihələrdən biri Almaniyada avtomobil şirkəti üçün, digəri isə Yaponiyada Shu Uemuranın «Shupette» adlı gözəllik məhsulu üçün həyata keçirilib. 2020-ci ildə Şupett Almaniyanın pişik mebelləri və pişik ləvazimatları istehsalçısı olan LucyBalu şirkəti ilə əməkdaşlıq etdiyini elan edib. Aktyor Cared Leto 2023-cü ildə keçirilən Met Gala mərasimində Şupettə bənzəyəcək şəkildə hazırlanmış tam ölçülü pişik kostyumu geyinib. Şupett 2025-ci ildə çəkilmiş Şirinlər filminin fransız dublajında Qarqamelin pişiyi Azraelin miyoldamasını səsləndirib. Həmçinin bax Tombili Stüvi (pişik) İstinadlar


İstinadlar

Tarix : 4 sentyabr 2026