- Wikisun
Stranqnas — İsveçin Sodermanland qraflığında yerləşən şəhər və Stranqnas bələdiyyəsinin inzibati mərkəzidir. 2020-ci ildə şəhərin əhalisi 15.363 nəfər olmuşdur. Şəhər Malar gölünün sahilində yerləşir və İsveç Kilsəsinin on üç yeparxiyasından biri olan Stranqnas yeparxiyasının mərkəzidir. Təpənin üzərində yerləşən və 1291–1340-cı illərdə inşa edilmiş Stranqnas kafedralı şəhərin əsas görməli yerlərindən biridir. Adın mənşəyi Şəhərin adı ilk dəfə 1120-ci ildə yeparxiya ilə əlaqədar mənbədə qeyd edilmişdir. Stranqnas adı şəhərin bir boğazın yaxınlığında və bir neçə təpənin üzərində yerləşməsi ilə əlaqələndirilir. Bunlardan xüsusilə «Dəyirman təpəsi» və «Kafedral təpəsi» seçilir. Qədim skandinav dilində strengr «dar su kanalı», nes isə «bərzəx», «dar yarımada» və ya «burun» mənasını verir və Skandinaviyada geniş yayılmış toponimlərdəndir. Tarix Təxminən 1250-ci ildə burada monastır yaradılmış, 1291-ci ildə isə kafedralın əsası qoyulmuşdur. Daha sonra şəhər bu iki mühüm müəssisənin ətrafında inkişaf etmişdir. Məlum olan ən qədim şəhər xartiyası 1336-cı ildə kral IV Maqnus Eriksson tərəfindən verilmişdir. Stranqnas Sodermanland əyalətində mühüm şəhərə çevrilmiş, burada idarəetmə məclisi keçirilmiş və illik yarmarka təşkil olunmuşdur. Kral I Qustav Vasa 1523-cü ildə Stranqnasda İsveç kralı seçilmiş və ilk çıxışını kafedralın yaxınlığında etmişdir. XV və XVI əsrlərdə Stranqnas İsveç tarixində, xüsusilə Reformasiya dövründə mühüm rol oynamışdır. Şəhər islahatçı Laurentius Andreaenin doğma şəhəri olmuş, həm Andreae, həm də Olaus Petri burada yaşamışdır. Şəhər regional təhsil və elmi mərkəzə çevrilmişdir. 1626-cı ildə kral II Qustav Adolf tərəfindən Tomas gimnaziyası yaradılmışdır. Bu gün həmin təhsil müəssisəsi İsveçdə fəaliyyət göstərən ikinci ən qədim gimnaziyadır. Reformasiyadan sonra Stranqnasın şəhərsalma və iqtisadi inkişafı zəifləmiş, yalnız fəal yepiskopların fəaliyyəti dövründə müvəqqəti canlanma baş vermişdir. Şəhər XIX əsrdə digər bölgələrdə baş verən sənayeləşmə və investisiya proseslərinə gec qoşulmuşdur. 1871-ci ildə baş verən böyük yanğın şəhərin genişmiqyaslı yenidən qurulmasına səbəb olmuş və şəhərin indiki görünüşü əsasən həmin dövrdə formalaşmışdır. 1700-cü illər ətrafında Stranqnas, Suecia antiqua et hodierna əsərində. İkinci Dünya müharibəsi zamanı şəhər Sovet İttifaqı tərəfindən səhvən bombalanmış və nəticədə kiçik ziyan dəymişdir. 1962-ci ildə Klostergatan 4 ünvanında yerləşən evdə köhnə sobanın sökülməsi zamanı Stranqnas daşı adlandırılan run daşı aşkar edilmişdir. Daş Yotun qumdaşından hazırlanmış və Qədim Fütark əlifbası ilə proto-skandinav dilində run yazıları ilə üzərində yazı həkk edilmişdir. Müasir həyat Stranqnas sakinlərinin bir çoxu Stokholm, Södertälje və Eskilstuna şəhərlərinə işləməyə gedir. E20 Avropa marşrutu şəhərin yanından keçir. Şəhərdə paytaxt Stokholma birbaşa qatar reysləri olan dəmir yolu stansiyası fəaliyyət göstərir. Turizm şəhər iqtisadiyyatının mühüm sahələrindən biridir. Kərpicdən tikilmiş qotik kafedral, burada yerləşən məşhur heykəllər, sənət əsərləri və tarixi arxivlər çoxsaylı turistləri cəlb edir. Şəhərin təbii görməli yerləri, xüsusilə göl də turizm baxımından əhəmiyyətlidir. Ekstremal metal qrupu Merciless Stranqnasda yaradılmışdır. Qalereya Liman və köhnə külək dəyirmanı Stranqnasda evlər Stranqnasda köhnə dəyirman Stranqnas kafedralı İstinadlar Nordisk familjebok. (Strängnäs məqaləsi — isveç dilində) Xarici keçidlər Stranqnas — rəsmi sayt Panoramio-da Stranqnas şəkli
https://az.wikipedia.org/wiki/Stranqnas
https://geohack.toolforge.org/geohack.php?language=az&pagename=Stranqnas¶ms=59_21_52.722_N_17_1_21.162_E_scale:100000_type:city
https://maps.google.com/maps?ll=59.36464500,17.02254500&q=59.36464500,17.02254500&spn=0.1,0.1&t=h&hl=az
https://yandex.ru/maps/?ll=17.02254500,59.36464500&pt=17.02254500,59.36464500&spn=0.1,0.1&l=sat,skl
https://www.openstreetmap.org/?mlat=59.36464500&mlon=17.02254500&zoom=12
http://www.scb.se/Statistik/MI/MI0810/2010A01/Tatorternami0810tab1_4.xls
https://web.archive.org/web/20120127055525/http://www.scb.se/Statistik/MI/MI0810/2010A01/Tatorternami0810tab1_4.xls
Tarix : 6 oktyabr 2026