- Wikisun
Sortland — Norveçin Nordland əyalətində yerləşən Sortland bələdiyyəsinin şəhəri və inzibati mərkəzidir. Şəhər Langöya adasının şərq sahilində, Sortlandsundet boğazının kənarında yerləşir. 1997-ci ildə bələdiyyə Sortland şəhər ərazisinə şəhər statusu vermək qərarına gəlib. Sortland bütün Vesteralen bölgəsinin ən böyük şəhəri və ticarət mərkəzidir. Şəhərdəki bir çox binaların mavi rəngə boyanması səbəbilə Sortland tez-tez «boğazın yanındakı mavi şəhər» (den blå byen ved sundet) adlandırılır. Şəhərin sahəsi 3,79 km², əhalisi 2023-cü ildə 5.609 nəfər, əhalinin sıxlığı isə 1 km²-ə 1.480 nəfər təşkil edir. Norveç milli avtomobil yolu 85 Sortlanddan başlayır və Sortland körpüsü ilə Hinnöya adasına keçərək qonşu adadakı E10 Avropa avtomobil yoluna birləşir. Şəhərdə regional yuxarı orta məktəb, mədəniyyət mərkəzi, kitabxana, kinoteatr, Sortland Muzeyi və Sortland kilsəsi yerləşir. Şəhər, həmçinin Hurtigruten gəmilərinin müntəzəm dayanacaq məntəqələrindən biridir. Adı Şəhərin və bələdiyyənin adı ilk Sortland kilsəsinin burada tikilməsi səbəbilə qədim Sortland fermasının adından (qədim norveçcə Svortuland) götürülüb. Adın ilk hissəsi yerli çayın adı olan Svorta sözünün yiyəlik halındakı Svort sözündən yaranıb. Çayın adı qədim norveçcə "qara" və ya "tünd" mənasını verən svartr sözündən törəyib. Sonuncu hissə isə "torpaq" və ya "ferma" mənasını verən land sözüdür. Media qalereyası İqlim Sortland (1991–2020, 3 m) Ay Yan Fev Mar Apr May İyun İyul Avq Sen Okt Noy Dek İl Orta maksimum (°C) 1,8 1,4 2,5 5,5 9,8 12,6 15,7 15,4 12,1 7,3 4,4 2,7 7,7 Orta temperatur (°C) −0,8 −1,1 −0,2 2,7 6,6 9,7 12,5 12,3 9,3 5,0 2,1 0,2 4,8 Orta minimum (°C) −3,4 −3,7 −2,8 −0,1 3,8 7,4 10,2 9,8 6,8 2,6 −0,4 −2,3 2,4 Yağıntı (mm) 152,2 138,6 141,2 88,9 65,6 59,1 62,2 76,4 129,2 168,7 139,9 174,2 1.396,2 Mənbə: eklima/Norveç Meteorologiya İnstitutu; NOAA Həmçinin bax Norveç şəhərləri Esheym Honninqsvöq Holmestrand Kolverayd Kragerö Lanqesun Larvik Leknes Leyrvik Okrehamn Ondalsnes Vinstra Yerpelan İstinadlar
https://az.wikipedia.org/wiki/Sortland
https://geohack.toolforge.org/geohack.php?language=az&pagename=Sortland¶ms=68_41_45_N_15_24_47_E_scale:100000_type:city
https://maps.google.com/maps?ll=68.69583,15.41306&q=68.69583,15.41306&spn=0.1,0.1&t=h&hl=az
https://yandex.ru/maps/?ll=15.41306,68.69583&pt=15.41306,68.69583&spn=0.1,0.1&l=sat,skl
https://www.openstreetmap.org/?mlat=68.69583&mlon=15.41306&zoom=12
https://stadnamn.kartverket.no/fakta/685163
https://snl.no/Sortland_-_tettsted
Tarix : 29 sentyabr 2026