- Wikisun
Sorğu metodologiyası - Məlumat toplamaq üçün sorğu suallarının hazırlanması, verilərən toplanması, təhlili və nəticələrin təqdim olunması üzrə elmi yanaşma və prinsiplərin cəmi. Mahiyyəti Bu metodologiya sosiologiya, statistika, marketinq tədqiqatları, ictimai rəy araşdırmaları və daha bir çox sahədə geniş istifadə olunur. Sorğu metodologiyası tədqiqatçılara obyektiv, dəqiq və istifadə edilə bilən məlumatlar toplamaq imkanı verir. Tarix Sorğuların istifadəsi tarixə dərin kökləri olan bir tədqiqat metodudur. XIX əsrdə ilk formal sorğular statistik araşdırmalar və siyahıyalar üçün tətbiq olunmuşdur. XX əsrdə texnologiyanın və statistik metodların təkmişdirməsi sorğu metodologiyasının mükəmməlləşməsinə təkan verdi. Hal-hazırda sorğular internet və mobil texnologiyaları vasitəsilə çox daha geniş auditoriyaya çatır. Sorğu metodologiyası çox mərhələli bir prosesdir və bu prosesin əsas elementləri aşağıdakılardan ibarətdir: - Tədqiqat suallının təyin edilməsi: Tədqiqat suallı tədqiqatın əsas məqsədini və istiqamətini müyən edir. Bu mərhələdə problemin nə olduğu və bu problemin nəticələri açıq şəkildə ifadə olunur. - Sorğu dizaynı: Sorğu dizaynını hazırlamaq məqsədli auditoriyanı müəyyən etmək, sualların formalaşdırılması və məlumatlar toplamaq üçün uyğun metodların secilməsini ehtiva edir. Əksər hallarda sorğular kağız, telefon, internet və ya üzbəüz müsahibə formasında tətbiq olunur. - Nümunələrin seçimi: Nümunə, bütün tədqiqat obyektlərini deyil, sadəcə bir qismini əhatə edir. Bu, tədqiqatı daha çevik və səmərəli edər. Nümunə seçimi türləri təsadüfi, qəsdli (strateji) və ya qatlamalı ola bilər. - Sualların hazırlanması: Sorğu suallarını hazırlayarkən obyektivlik, açıqlıq və qəratik anlayış prinsipləri ön planda tutulmalıdır. Suallar açıq uclu, bağlı uclu və ya çoxseçimli şəklində ola bilər. - Məlumatların toplanması: Təyin olunmuş metodlar vasitəsilə məlumatlar toplanır. Bu mərhələdə mümkün olan əsas problem respondent biasını minimallaşdırmaqdır. - Təhlil və interpretasiya: Toplanan məlumatlar statistik və ya keyfiyyət metodları vasitəsilə təhlil edilir. Nəticələr tədqiqatın əsas suallarına cavab verir və ya hipotezənin dəstəklənməsini təmin edir. - Hesabat və təqdimat: Son mərhələ hesabatın hazırlanması və nəticələrin auditoriyaya təqdim olunmasından ibarətdir. Hesabat obyektiv, strukturlaşdırılmış və çox anlaşılan olmalıdır. Sorğu metodologiyası çərçivəsində istifadə olunan əsas sorğu növləri bunlardır: - Kvantitativ sorğular: Statistik verilər toplamaq üçün strukturlu sualları ehtiva edir. - Keyfiyyət sorğuları: Dərinlərinə gedən məlumat toplamaq üçün açıq uclu sualları özündə birləşdirir. - Kombinasiya sorğuları: Həm kvantitativ, həm də keyfiyyət metodlarını birləşdirir. Sorğular aparılarkən aşağıdakı problemlərlə qarşılaşıla bilər Respondent biası: Respondentlərin cavablarını reallığı əks etdirməməsi. Az seçimlilik: Sorğuda kifayət qədər respondent iştiraq etmədiyi zaman yaranan problem. Metodoloji xəta: Sorğunun strukturunda, suallarında və ya məlumatlar toplama metodunda yaranan qəsdlə və ya yanlışlıqla edilən səhvliklər.
https://en.wikipedia.org/wiki/Survey_methodology
https://web.archive.org/web/20130402014430/https://www.census.gov/srd/papers/pdf/kb9601.pdf
https://www.research-live.com/article/news/respondent-engagement-and-survey-length-the-long-and-the-short-of-it/id/4002430
https://web.archive.org/web/20190307134111/http://pdfs.semanticscholar.org/e13c/17fd3b3ecad084b6f120177cd9af1040e487.pdf
https://pmc.ncbi.nlm.nih.gov/articles/PMC6943988/
https://pmc.ncbi.nlm.nih.gov/articles/PMC7797962/
https://journals.sagepub.com/doi/10.1177/00131644211035436
https://pmc.ncbi.nlm.nih.gov/articles/PMC3359459/
https://www.questionpro.com/blog/survey-research/
https://www150.statcan.gc.ca/n1/pub/12-001-x/index-eng.htm
https://pmc.ncbi.nlm.nih.gov/articles/PMC4601897/
https://www.indeed.com/career-advice/career-development/survey-method
chrome-extension://efaidnbmnnnibpcajpcglclefindmkaj/https://www.mitre.org/sites/default/files/pdf/05_0638.pdf
https://www.scribbr.com/methodology/survey-research/
https://www.surveylegend.com/types-of-surveys/types-of-survey-methods/
https://careercenter.umich.edu/article/survey-methodologysurvey-research
Tarix : 23 yanvar 2025
Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır.