• Wikisun
Layihə çərçivəsində Wikipedia platformasına əlavə olunan məqalə sayı
4
5
6
8
sevso

Sevşö

Sävsjö — İsveçin Yönçöpinq qraflığında yerləşən şəhər və Sävsjö bələdiyyəsinin inzibati mərkəzidir. 2010-cu ildə əhalisi 5.122 nəfər olmuşdur. Coğrafiya Sävsjö Stokholm və Malmö arasındakı əsas dəmir yolu xətti üzərində yerləşir. Malmö şəhərinə qədər məsafə təxminən 220 kilometrdir. Tarixi Sävsjö şəhərinin müasir tarixinin başlanğıcı kimi 1 oktyabr 1864-cü il qəbul edilir. Həmin gün Sävsjö dəmir yolu stansiyası istifadəyə verilmişdir. O dövrdə Sävsjö cəmi bir neçə evdən ibarət kiçik yaşayış məntəqəsi idi. Lakin dəmir yolunun çəkilməsi ilə yaşayış məntəqəsi genişlənməyə başlamış, sənaye müəssisələri və yeni sakinlər buraya cəlb olunmuşdur. 1917-ci ildə sahəsi 1,56 km² olan yaşayış məntəqəsinin əhalisi 1.481 nəfərə çatmışdı. Həmin dövrdə burada bir neçə kiçik sənaye müəssisəsi, xüsusilə dülgərlik və digər ağac emalı müəssisələri fəaliyyət göstərirdi. Bundan başqa, yaşayış məntəqəsində bank, aptek və poçt şöbəsi də var idi. 1947-ci ildə yaşayış məntəqəsinin yerləşdiyi Norra Ljunga və Vallsjö kənd bələdiyyələri birləşdirilərək Sävsjö şəhəri yaradılmışdır. 1971-ci ildə həyata keçirilən yerli idarəetmə islahatından sonra Sävsjö daha böyük Sävsjö bələdiyyəsinin inzibati mərkəzinə çevrilmişdir. İstinadlar


İstinadlar

Tarix : 6 oktyabr 2026