• Wikisun
Layihə çərçivəsində Wikipedia platformasına əlavə olunan məqalə sayı
1
4
6
2
sevastopol-qazi

Sevastopol qazı

Sevastopol qazı - Avropa boz qazından (Greylag goose) törəmiş ev qazı növü. Xüsusiyyətlər Sevastopol qazı orta ölçülü, uzun və qıvrım ağ lələklərə malik bir qazdır. Boyun lələkləri hamar və bəzən boz-qəhvəyi rəngdə ola bilər. Çarpazlaşdırma nəticəsində tamamilə boz, sarımtıl və yaxalı variantlar yaranmışdır. Sinə lələkləri qıvrım (frizzle) və ya hamar ola bilər. Erkək qazların çəkisi 5.44–6.35 kq, dişilərin çəkisi isə 4.54-5.44 kq arasında dəyişir. Ayaqları və baldırları narıncı, gözləri parlaq mavi rəngdədir. Boz və sarımtıl rəngli Sevastopol qazlarının gözləri qəhvəyi rəngdədir. Dişilər orta hesabla ildə 25–35 yumurta qoyur. Ev qazları ümumiyyətlə uçma qabiliyyətini qoruyur, lakin Sebastopol qazları lələklərinin qıvrımlığı səbəbindən yaxşı uça bilmir və yerə qalxmaqda çətinlik çəkir. Onların təmiz qalmaq və özlərini təmizləmək üçün çox suya ehtiyacı var (bütün su quşları kimi). Etimologiya Alman dilində onlar "Lockengans" və ya "Struppgans" adlanır, bu da "qıvrım qaz" və "dağınıq qaz" mənasını verir. Tarix Bu növün Mərkəzi Avropada Dunay çayı və Qara dəniz ətrafında yetişdirildiyi iddia edilir. Lakin sənədləşdirilmiş məlumatlara görə, bu quşlar ilk dəfə Krımda görülmüş və adından da göründüyü kimi Sevastopol limanından göndərilmişdir. 1860-cı ildə İngiltərəyə gətirilmişdir. 19-cu əsrdə Qara dənizi əhatə edən bütün ölkələrdə tapılırdı. Alternativ ad olan "Danubian" onların Dunay çayı ətrafında yayılmasını əks etdirirdi. Əvvəlcə bu qazlar qıvrım lələkləri yastıq və yorğanlarda istifadə etmək üçün yetişdirilirdi. Yetişdirmə Son yüz ildə yetişdirmə nəticəsində quşların orta çəkisi otuz faiz artmışdır. Bu artım 19-cu əsrin sonlarında Amerikada Embden qazları ilə çarpazlaşdırma nəticəsində baş vermişdir.


İstinadlar

Tarix : 24 yanvar 2025


Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır.