• Wikisun
Layihə çərçivəsində Wikipedia platformasına əlavə olunan məqalə sayı
1
2
5
5
senegal-qalago-meymunu

Senegal qalago meymunu

Senegal qalago meymunu (Galago senegalensis) - Həmçinin kiçik qalago və ya kiçik meşə uşağı adlanan, kiçik, gecə fəaliyyət göstərən bir primat növü. Qalago ailəsi olan Galagidaeyə aiddir. Çoxaıma Meşə uşaqları ildə iki dəfə, yağışların başlanğıcında (noyabr) və sonunda (fevral) çoxalır. Poliqam olan bu canlıların dişiləri balalarını yarpaqlardan hazırlanmış yuvalarda böyüdürlər. Hər doğuşda 1-2 bala olur, boğazlıq müddəti 110-120 gündür. Meşə uşaqları yarıqapalı gözlərlə doğulur və müstəqil hərəkət edə bilmirlər. Bir neçə gün sonra ana körpəni ağzında daşıyır və qidalanarkən onu əlverişli budaqlarda qoyur. Şimpanzelərin ovu 2007-ci ildə Kot-d'İvuarın Tay meşəsində qərb şimpanzələri üzərində aparılan araşdırma göstərdi ki, yerli dişilər, gənc erkəklər, gənc dişilər və körpə şimpanzələr Senegal meşə uşağını düzəltdikləri nizələrlə ovlayırlar. Meşə uşağının yuva yeri tapıldıqda, şimpanzələr yaxınlıqdakı ağacdan bir budaq qırır və dişləri ilə ucunu itiləşdirirlər. Daha sonra tez-tez və sürətlə yuvanın içinə nizə ilə zərbələr endirirlər. Meşə uşağını uğurla öldürdükdən sonra yuvanı qıraraq cəsədi çıxarır və yeyirlər. Bu üsulun gənc bir dişi üçün beş cəhddən yalnız birində uğurlu olduğu müşahidə edilmişdir. Yarımnövlər Senegal meşə uşağının dörd yarımnövü var: - Galago senegalensis senegalensis - Galago senegalensis braccatus - Galago senegalensis sotikae - Galago senegalensis dunni


İstinadlar

Tarix : 20 fevral 2025


Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır.