• Wikisun
Layihə çərçivəsində Wikipedia platformasına əlavə olunan məqalə sayı
4
5
6
8
sater

Sater

Sater xəstəxanası Sater — İsveçin Dalarna qraflığında yerləşən şəhər və Sater bələdiyyəsinin inzibati mərkəzidir. 2020-ci ildə əhalisi 11.161 nəfər olmuşdur. Əhalisinin az olmasına baxmayaraq, Sater tarixi səbəblərə görə hələ də şəhər adlandırılır. Lakin İsveç Statistika İdarəsi yalnız əhalisi 10.000 nəfərdən çox olan yaşayış məntəqələrini şəhər kimi təsnif edir. Tarixi Saterin yerləşdiyi ərazidə Sater Kral malikanəsi adlanan kral iqamətgahı yerləşirdi. İsveçin ilk mis zərbxanası 1624-cü ildə burada yaradılmışdır. Buna ərazinin Falundakı mis mədəninə yaxınlığı təsir göstərmişdi. Bundan bir neçə il əvvəl Saterdə dəri emalı müəssisəsi də fəaliyyət göstərirdi. Sater şəhərinin əsası 1630-cu ildə qoyulmuşdur. Şəhərin köhnə hissəsinin böyük bir qismi bu günə qədər həmin dövrdən qalan taxta evləri və küçə quruluşunu qoruyub saxlamışdır. İsveç şəhərləri arasında bu xüsusiyyətə malik olanların sayı azdır. Ən qədim binalardan biri şəhər meriyasıdır. 8 may 1642-ci ildə şəhərə İsveç kraliçası Kristina tərəfindən şəhər hüquqları verilmiş və Sater İsveç şəhərləri sırasına daxil edilmişdir. Şəhərin seçilmiş gerbində mədənçi təsvir olunmuşdur. Müasir dövr Sater xəstəxanası 1912-ci ildə açılmışdır. O dövrdə İsveçin ən böyük psixiatriya xəstəxanası olmuşdur və Sater adı xüsusilə bu xəstəxana ilə əlaqələndirilir. Nəqliyyat Saterdən Dala dəmir yolu xətti keçir və şəhərdə dəmir yolu stansiyası yerləşir. Buradan Mora, Falun, Arlanda hava limanı və Stokholm istiqamətlərinə qatarlar hərəkət edir. Saterə gediş-gəliş üçün ən əlverişli hava limanları 20 km məsafədə yerləşən Borlänge hava limanı və 177 km məsafədə yerləşən Arlanda hava limanıdır. Beynəlxalq əlaqələr Sater şəhərinin qardaş şəhərləri vardır: Joutseno, Finlandiya Laterza, İtaliya İstinadlar


İstinadlar

Tarix : 6 oktyabr 2026