- Wikisun
"Sarı-xallı tropik gecə kərtənkələsi" və ya "sarı-xallı gecə kərtənkələsi" (Lepidophyma flavimaculatum) - Gecə kərtənkələləri ailəsinə (Xantusiidae) aid bir növ. Bu növ mərkəzi Meksikadan başlayaraq Mərkəzi Amerikadan Panama qədər yayılmışdır. İki yarımnövü mövcuddur. Yarımnövlər İki yarımnöv, o cümlədən nominotipik yarımnöv tanınmışdır: - Lepidophyma flavimaculatum flavimaculatum A.H.A.Duméril, 1851 - Lepidophyma flavimaculatum ophiophthalmum Taylor, 1955 Çoxalma L. flavimaculatum partenogenetik şəkildə çoxalır. Dişi fərdlər canlı və tam inkişaf etmiş bala kərtənkələlər doğur. Doğuşdan əvvəl yumurta hüceyrələri mayalanmır. Yaşayış yeri və ekologiya L. flavimaculatum tropik yağış və rütubətli meşələrdə yaşayan, gizli, quruda yaşayan və gecə fəaliyyəti göstərən bir kərtənkələdir. Dəniz səviyyəsindən 1500 m (4900 fut) yüksəkliyə qədər olan ərazilərdə tapılır. Əsasən yerdə tapılsa da, bəzən ağac gövdələrində və ya ayaqda olan ağacların qabıqları altında da rast gəlinir. Kiçik onurğasızlar ilə qidalanır. Bədii ədəbiyyatda Sarı-xallı gecə kərtənkələsi bəzən Louis Sacharın uşaq romanı "Holes"dəki "sarı-xallı kərtənkələlər" üçün ilham mənbəyi kimi təqdim edilir. Lakin romanın film adaptasiyasının çəkilişində film istehsalçıları əsl sarı-xallı gecə kərtənkələlərindən istifadə etmək əvəzinə, sakallı əjdaha kərtənkələlərindən istifadə edib onların üzərinə sarı xallar çəkmişlər. Həm kitabda, həm də filmdə bu kərtənkələlər insanlara qarşı aqressiv və ölümcül zəhər istehsal edən heyvanlar kimi təsvir edilsə də, bu, hər iki növ üçün doğru deyil.
https://reptilesmagazine.com/yellow-spotted-night-lizard-information-and-care/?srsltid=AfmBOopepGQxam8eD5wdP6lWzOk6CbLFX3wkggZxfCyydQ7HAN4-f8aD
https://www.inaturalist.org/taxa/39497-Lepidophyma-flavimaculatum
https://a-z-animals.com/animals/yellow-spotted-lizard/
https://www.ashevillewildside.com/post/yellow-spotted-night-lizard
https://prezi.com/auekb2qpujnb/yellow-spotted-tropical-night-lizards/
https://www.jungledragon.com/specie/16847/yellow-spotted_night_lizard.html
https://en.wikipedia.org/wiki/Yellow-spotted_tropical_night_lizard
Tarix : 23 fevral 2025
Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır.