- Wikisun
Santa Giustina abbatlığı - İtaliyanın Veneto bölgəsində, Padovanın mərkəzində, Prato della Valle meydanının qarşısında yerləşən 10-cu əsrdən qalma Benedikt abbatlıq kompleksi. Keçmiş monastırın yanında yerləşən Santa Giustina bazilikası ilk dəfə 6-cı əsrdə inşa edilmişdir, lakin hazırkı forması 17-ci əsrdəki yenidənqurma işlərinin nəticəsidir. Tarix Padovalı Müqəddəs Justina və Padovanın digər 4-cü əsr xristian şəhidlərinə həsr olunmuş bir kilsə, 520-ci illərdə Prefekt Opiliusun himayəsi altında inşa edilmiş və müqəddəsin relikvilərini saxlamışdır. Kilsə, Venantius Fortunatus tərəfindən yazılmış 565-ci il tarixli "Müqəddəs Martinin Həyatı" bioqrafiyasında artıq zəngin bəzəkli kimi təsvir edilmişdir. 10-cu əsrdə rahiblər bazilikaya müqəddəslərin relikvilərini ziyarət edən zəvvarlara xidmət edirdilər. 971-ci ildə Padova yepiskopu icmanı Müqəddəs Benediktin qaydalarına tabe etdi. Capella di San Giacomo Birinci şapel Müqəddəs Kiçik Yakovaya həsr edilmişdir. Altar 17-ci əsrdə Korbarelli ailəsinin üslubunda polixrom daşlardan hazırlanmışdır. Ağ mərmər altar lövhəsində Karlo Kaliarinin yağlı boya ilə işlədiyi "Müqəddəs Yakovun Şəhidliyi" təsvir olunur. Capella di San Gregorio Magno İkinci şapel Papa I Qriqoriyə həsr edilmişdir. 19-cu əsrdə inşa edilmiş altar əsasən Afrika yaşıl mərməri və Karara ağ mərmərindən hazırlanmışdır və polixrom daş mozaikası ilə bəzədilmişdir. Daş işləri Korbarelli ailəsi tərəfindən icra edilmişdir. Altar lövhəsində Sebastiano Riççinin 18-ci əsrdə yağlı boya ilə işlədiyi "Papa I Qriqori Romada taunu bitirmək üçün Müqəddəs Məryəmdən kömək diləyir" əsəri təsvir olunur. Riççinin əsəri Karlo Siqnaninin ilk rəsm əsərinin yerini tutmuşdur. Cappella di San Daniele Levita Üçüncü şapel Padovalı Danielə həsr edilmişdir. Altar Fransa qırmızı mərməri, Karara və Padova mərmərlərindən hazırlanmışdır. Altar lövhəsində Antonio Zankinin 1677-ci ildə yağlı boya ilə işlədiyi "Müqəddəs Danielin Şəhidliyi" təsvir olunur. Altar Korbarelli qardaşlarının əsəridir. Cappella di San Placido Dördüncü şapel Müqəddəs Placidə həsr edilmişdir. Altar lövhəsində Luka Cordanonun 1676-cı ildə yağlı boya ilə işlədiyi "Müqəddəs Placidus və yoldaşlarının şəhidliyi" təsvir olunur. Altarın arxasında Korbarelli ailəsinin polixrom daş mozaikası ilə bəzədilmiş incə bəzəklər diqqət çəkir. Cappella di San Mauro Beşinci şapel Müqəddəs Maurusa həsr edilmişdir. Altar lövhəsi Genuya qara və ağ mərmərindən hazırlanmışdır. Altar yaşıl mərmər, Genuya mərməri və Fransa qırmızı mərmərindən hazırlanmışdır. Altar lövhəsində Valentin Le Febrenin 1673-cü ildə yağlı boya ilə işlədiyi "Müqəddəs Maurus xəstələr tərəfindən çağırılır" təsvir olunur. Cappella di Giuliano Martire Altıncı şapel Müqəddəs Julienə həsr edilmişdir. Altar Müqəddəs Julienin məzarını və onun heykəlini (1680, Covanni Komin tərəfindən hazırlanmış) özündə saxlayır. Müqəddəs Andrey və Müqəddəs Matta heykəlləri Bernardo Falkone tərəfindən hazırlanmışdır. Cappella di Santa Felicita Sol nefin yeddinci və sonuncu şapeli Müqəddəs Felicitaya həsr edilmişdir. Şapel müqəddəsin qalıqlarını saxlayan qəbirüstü abidə ilə bəzədilmişdir. Bu qalıqlar 1502-ci ildə Padovalı Müqəddəs Prosdocime şapelində aşkar edilmişdir. Heykəllər Orazio Marinali tərəfindən hazırlanmış və Fransa ağ və qırmızı mərmərinin rənglərindən istifadə edilmişdir. Müqəddəsin dua edən heykəli qəbirüstü abidənin üzərində yerləşir, yan tərəflərdə isə iki mələk və Müqəddəs Mark və Müqəddəs Simon heykəlləri var.
https://www.visitacity.com/en/padua/attractions/abbey-of-santa-giustina#:~:text=The%20Abbey%20of%20Santa%20Giustina,construction%20in%20the%2017th%20century.
https://www.padova.com/discover/xQ/basilica-of-santa-giustina
https://www.italia.it/en/veneto/padova/abbey-basilica-of-santa-giustina-in-padova
https://catholicshrinebasilica.com/abbey-of-santa-giustina-padua-italy/
https://www.mycityhunt.com/cities/padua-it-10283/poi/abbey-of-santa-giustina-16063
http://bm.bncrm.beniculturali.it/en/the-11-national-library-monuments/abbey-of-santa-giustina/
https://en.wikipedia.org/wiki/Abbey_of_Santa_Giustina
Tarix : 17 fevral 2025
Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır.