• Wikisun
Layihə çərçivəsində Wikipedia platformasına əlavə olunan məqalə sayı
4
5
6
8
sandnessyoen

Sandnessyöen

Sandnessyöen — Norveçin Nordland əyalətində yerləşən Alstahauq bələdiyyəsinin şəhəri və inzibati mərkəzidir. Sandnessyöenə 1600-cü illərin sonlarında xüsusi ticarət imtiyazları verilsə də, şəhər statusunu yalnız 1999-cu ildə alıb. Sandnessyöen Alsta adasının qərb sahilində, Yeddi bacı dağ silsiləsinin qərbində yerləşir. Sandnessyöen və ətraf ərazilərin Botnkrona zirvəsindən görünüşü. Şəhər Helgeland bölgəsinin nəqliyyat qovşağı, həmçinin bölgənin ticarət və biznes mərkəzidir. Sahəsi 4,25 km² olan şəhərin əhalisi 2024-cü ildə 6.056 nəfər, əhalinin sıxlığı isə 1 km²-ə 1.425 nəfər təşkil edib. Sandnessyöen hava limanı, Stokka şəhərin cənubunda yerləşir. 2011-ci ilin iyun ayının sonlarından etibarən regional aviaşirkət Widerøe yay aylarında Sandnessyöen hava limanı ilə Oslo hava limanı, Qardermoen arasında birbaşa uçuşlar həyata keçirməyə başlayıb. Tarixi 1935-ci ildə Sandnessyöen Sandnessyöen şəhəri 1899–1965-ci illərdə keçmiş Sandnessyöen bələdiyyəsinin inzibati mərkəzi olub. 1948-ci ilə qədər bələdiyyə Stamnes bələdiyyəsi adlanırdı. 1965-ci ildə bələdiyyə ləğv edilərək Alstahauq bələdiyyəsi ilə birləşdirildi. Helgeland Kammerkor, bölgənin müxtəlif yerlərindən üzvləri olan qarışıq xor kollektivi kimi 1992-ci ildə Sandnessyöendə yaradılıb və burada çoxsaylı konsertlər verib. Həmçinin bax Norveç şəhərləri Esheym Honninqsvöq Holmestrand Kolverayd Kragerö Lanqesun Larvik Leknes Leyrvik Okrehamn Ondalsnes Vinstra Yerpelan İstinadlar Xarici keçidlər "Alstahauqdan şəkillər" — Alstahauq ərazisindən bəzi şəkillər. sandnessjoen.com — Sandnessyöen və Alstahauq üçün yerli portal


İstinadlar

Tarix : 30 sentyabr 2026