- Wikisun
Şabert vanqası (Leptopterus chabert) - "Vangidae" fəsiləsinə aid olan bir quş növü. Ümum məlumat Bu növ "Leptopterus" cinsinin yeganə üzvüdür. Şabert vangası, ağbaş vanqa və mavi vanga ilə müqayisədə vanqa fəsiləsinin ən kiçik quşudur. Onların uzunluğu adətən 14 santimetr, çəkisi isə 17-26,5 qram arasında dəyişir. Yaşayış yeri Şabert vanqası Madaqaskara endemikdir. Təbii yaşayış mühiti subtropik və ya tropik quru meşələr, subtropik və ya tropik rütubətli düzənlik meşələri və subtropik və ya tropik rütubətli dağ meşələridir. Onlar adətən dəniz səviyyəsindən 1000 metrə qədər yüksəklikdə yaşayır. Çox nadir hallarda 1000 metrdən yüksək ərazilərdə də tapıla bilər. Səsvermə Şabert vanqasının adı onun çağırış səsinin təsvirindən götürülmüşdür. Onların çağırışları hər iki-üç saniyədən bir təkrarlanır və "teedee" və ya "tse tse tse" kimi səslənir. Qidalanma Onlar böcəklər, tarakanlar və qurdlar kimi həşəratlarla qidalanır. Həmçinin, kiçik onurğalılar, məsələn, buqələmunlar və bəzi kiçik giləmeyvələr də yeyirlər. Təsvir Şabert vanqasının yalnız iki rəngi var: qara və ağ. Başı və qanadları tünd qara rəngdədir. Lakin günəş işığı altında bu qara rəng parlaq mavi çalarlı görünə bilər. Alt hissələri, çənəsi və qarnı ağdır. Quyruqlarının rəngi mənşəyinə görə fərqlənir. Əgər onlar cənub-qərbdə yaşayırlarsa, quyruqlarının əsasında ağ ləkə olur. Digər ərazilərdə isə quyruqları tamamilə qara rəngdədir. Dimdiyi açıq mavi rəngdədir, gözləri isə firuzəyi və ya kobalt mavi rəngindədir. Cavan fərdlər yetkinlərə bənzəyir, lakin mavi gözləri yoxdur. Cavan fərdlər arxa və qanad lələklərindəki ağ zolaqlar və ağ barmaqlar səbəbindən daha solğun görünür. Ağ zolaqlar yaşlandıqca solur. Erkək və dişi şabert vangaları arasında fiziki fərq çox azdır. Yarımnövlər -"Leptopterus chabert chaber" – Madaqaskarın qərb, şimal və şərq hissələrində tapılır. -"Leptopterus chabert schistocercus" – Madaqaskarın cənub-qərb hissəsində tapılır. Status Şabert vanqaları hazırda qlobal təhlükə altında deyil. Onlar Madaqaskar və ətraf ərazilərdə kifayət qədər geniş yayılmışdır. Daha rütubətli ərazilərdə və sıx meşələrdə daha az rast gəlinir. Şabert vanqası ən çox meşə kənarlarında və sıx ağac populyasiyalarında müşahidə edilir. Onlar daimi hərəkət halındadır və miqrasiya edirlər. Adətən sürülər halında tapılır, tək-tək görünmürlər.
https://ebird.org/species/chavan2
https://en.wikipedia.org/wiki/Chabert_vanga
https://xeno-canto.org/species/Leptopterus-chabert
https://datazone.birdlife.org/species/factsheet/chabert-vanga-leptopterus-chabert
https://www.inaturalist.org/taxa/8522-Leptopterus-chabert
https://avibase.bsc-eoc.org/species.jsp?avibaseid=AD014578CE04BE66
https://birdsoftheworld.org/bow/species/chavan2/cur/introduction?lang=es&media=figures
https://www.oiseaux.net/birds/chabert.vanga.html
Tarix : 27 fevral 2025
Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır.