- Wikisun
Şabalıdıdöş ququ quşu (Cacomantis castaneiventris) - "Cuculidae" fəsiləsinə aid olan bir ququ quşu növü. Yayılması Bu növ Avstraliya, İndoneziya və Papua Yeni Qvineyada tapılır. Onun təbii yaşayış yerləri subtropik və ya tropik quru meşələr və subtropik və ya tropik manqrov meşələridir. Taksonomiya Hal-hazırda üç yarımnöv tanınır: -"Cacomantis castaneiventris arfakianus" (Salvadori, 1889) – Qərbi Yeni Qvineyanın bəzi hissələri. -"Cacomantis castaneiventris weiskei" (Reichenow, 1900) – Şərqi Yeni Qvineya. -"Cacomantis castaneiventris castaneiventris" (Qould, 1867) – İndoneziyanın Aru adaları və Avstraliyanın Keyp York yarımadası. Təsvir Şabalıdıdöş ququ quşu təxminən 22-25 sm uzunluğundadır. Yetkin fərdlərin başı, beli və qanadları tünd boz-mavi rəngdədir, döşü və alt hissələri tünd qırmızımtıl rəngdədir və quyruğu qara-ağ zolaqlıdır. Cavan fərdlərin başı və qanadları solğun boz-qəhvəyi rəngdədir, qanadların xarici hissələri solğun orta qəhvəyi rəngdədir, döş və alt hissələri isə açıq sarı və ya qəhvəyi rəngdədir. Quyruğu orta qəhvəyi və ağ zolaqlıdır. Həm yetkin, həm də cavan fərdlərin göz ətrafında sarı halqa var. Şabalıdıdöş ququ quşu oxşar növlər olan Sahul kolluq ququ quşu (Cacomantis variolosus) və yelpikquyruq ququ quşundan (Cacomantis flabelliformis) bir qədər kiçikdir, lakin yetkin şabalıddöş ququ quşunun döş və alt hissələri daha tünd rəngdədir.
https://ebird.org/species/chbcuc3
https://en.wikipedia.org/wiki/Chestnut-breasted_cuckoo
https://xeno-canto.org/species/Cacomantis-castaneiventris
https://www.inaturalist.org/taxa/1846-Cacomantis-castaneiventris
https://animalia.bio/chestnut-breasted-cuckoo
https://app.birda.org/species-guide/4212/Chestnut-breasted_Cuckoo
https://birdsoftheworld.org/bow/species/chbcuc3/cur/introduction
https://datazone.birdlife.org/species/factsheet/chestnut-breasted-cuckoo-cacomantis-castaneiventris
https://www.oiseaux.net/birds/chestnut-breasted.cuckoo.html
Tarix : 21 fevral 2025
Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır.