- Wikisun
Röros (həmçinin Cənubi Sami dilində Plaassja) — Tröndelaq əyalətində yerləşən Röros bələdiyyəsinin inzibati mərkəzidir. Şəhər Hyttelva çayının və Rörosbanen dəmir yolu xəttinin yaxınlığında yerləşir. Qlomos kəndindən təxminən 10 km cənubda, qonşu İnnlandet əyalətində yerləşən Os kəndindən isə təxminən eyni məsafədə şimalda yerləşir. Şəhərin sahəsi 3,31 km², əhalisi 2024-cü ildə 3.909 nəfər, əhalinin sıxlığı isə 1 km²-ə 1.181 nəfərdir. Röros mədən şəhəri tarixən mis hasilatı ilə əlaqədar olaraq bəzən Bergstaden adlandırılır; bu ad "qaya şəhəri" mənasını verir. Röros Norveçdə tarixən bergstad, yəni "mədən şəhəri" statusu verilmiş iki şəhərdən biridir. Digəri Buskerud əyalətində yerləşən və "gümüş şəhəri" kimi tanınan Kongsberqdir. Bergstad statusu mədən şəhərlərinə digər Norveç şəhər və qəsəbələrindən bir qədər fərqli xüsusi hüquqlar verirdi. Buna görə də Röros faktiki təsnifatı bergstad olsa da, bəzən şəhər adlandırılır. Bu gün Rörosun bir çox sakinləri şəhərin 17-ci və 18-ci əsrlərə aid səciyyəvi tikililərində yaşayır və işləyirlər. Bu tikililər 1980-ci ildə şəhərin UNESCO Ümumdünya irsi siyahısına daxil edilməsində mühüm rol oynayıb. Şəhərdə təxminən 80 tarixi taxta ev var və onların əksəriyyəti həyətlərin ətrafında yerləşir. Evlərin çoxunda tünd rəngli qatranla örtülmüş taxta fasadlar qorunub saxlanılıb və bu, şəhərə orta əsr görünüşü verir. Şəhərdə iki kilsə var: böyük və tarixi Röros kilsəsi və nisbətən yeni, lakin özünəməxsus görünüşə malik Röros kapellası. Tarixi Röros ərazisindən tarix boyu Cənubi Sami xalqı, maralçılıq üçün istifadə edib. Ərazi mis mədənləri ilə tanınır və Röros Norveçin bergstad adlanan iki milli əhəmiyyətli mədən şəhərindən biridir. Burada mədənçilik fəaliyyəti XVII əsrdə başlayıb. Digəri isə gümüş mədənlərinin yerləşdiyi Kongsberqdir. 1646-cı ildə şəhərə bergstad statusu verilib. Bu status şəhər statusuna bənzəsə də, xüsusi olaraq mədənçilik fəaliyyəti üçün nəzərdə tutulmuşdu. Röros şəhəri 1678 və 1679-cu illərdə İsveç Silahlı Qüvvələri tərəfindən yandırılaraq tamamilə dağıdılıb. 1718-ci ildə Şimal müharibəsi zamanı şəhər general De la Barrın rəhbərlik etdiyi İsveç ordusu tərəfindən yenidən ələ keçirilib. De la Barre Karl Qustav Armfeldtin komandanlıq etdiyi əsas İsveç ordusunun cənub qanadına rəhbərlik edirdi. De la Barre şəhəri və orada hasil edilmiş bütün misi silah gücünə ələ keçirdi. Kral XII Karl 1718-ci il noyabrın 30-da Fredriksten yaxınlığında öldürüldükdən sonra De la Barre ordunun əsas hissəsinə qoşulmaq üçün şimala çəkildi. Lakin bu geri çəkilmə faciə ilə nəticələndi və Rörosun şimal-qərbindəki dağlarda sərt hava şəraiti səbəbindən 3.000-dən çox hazırlıqsız əsgər həlak oldu. Röros və onun sakinləri XX əsrin əvvəllərində yarımbədii əsərlər yazan müəllif Yohan Falkberqet sayəsində norveçlilər arasında məşhurlaşdı. Falkberqet mədən icmasının tarixini cəmiyyətin sosial pilləsinin aşağı təbəqəsində yerləşən və ağır şəraitdə çalışan mədənçilərin baxışından təsvir edirdi. Orijinal taxta tikililərini qoruyub saxladığı üçün Röros 1980-ci ildə UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilib. Röros mis mədənləri 1644-cü ildə Kongsberqdəki mədənin baş meneceri Rauhaammaaren, yaxınlığındakı dağlarda bir mis damarının istismarına icazə verdi. Storvola və Gamle Storvarts şirkətin ən mühüm mədənlərindən birinə çevrildi. Digər mühüm mədən ərazisi olan Nordqruve isə Röros şəhərinin şimal-şərqində yerləşirdi. 1740-cı ildən başlayaraq Röros mis mədənlərinin çiçəklənmə dövrü başladı və bir sıra mədənlər yüksək məhsuldarlıq göstərdi. 1870-ci ildən etibarən dinamitdən, daha sonra isə qazma maşınlarından istifadə edildi. 1897-ci ildən etibarən mədənləri elektrik enerjisi ilə təmin etmək üçün yüksək gərginlikli elektrik xətləri çəkildi. XIX əsrin sonlarında Bessemer prosesi tətbiq edildi. Rörosbanen dəmir yolu xətti 1877-ci ildə tamamlandı. Mis və sinkin yüksək qiymətləri yaxşı nəticələr versə də, sonradan qiymətlər aşağı düşdü və bir neçə il ərzində böyük itkilər qeydə alındı. 333 illik fəaliyyətdən sonra Rörosda mədənçilik 1977-ci ildə dayandırıldı. Adı Şəhərin adı mədən şəhərinin salındığı ərazidə yerləşən qədim Röros fermasının adından götürülüb. Fermasının adı qədim norveç dilində Røyðaróss kimi yazılırdı. Adın ilk hissəsi yaxınlıqdakı Røa çayının adından (Røyðr) gəlir və onun mənası məlum deyil. Sonuncu hissə qədim norveç dilində "çayın mənsəbi" mənasını verən óss sözündən yaranıb; burada kiçik Røa çayı böyük Qloma çayına tökülür. Cənubi Sami dilindəki Plassja adının izahı məlum deyil. Mədəniyyət Qış aylarında Rörosda Rörosmartnan adlı ənənəvi bazar keçirilir və hər il orta hesabla 60.000–70.000 turist cəlb edir. Bazar fevral ayının son çərşənbə axşamı başlayır və beş gün davam edir. Rörosda İsveç əsgərlərinin şaxtada donaraq həlak olması faciəsini yad etmək üçün açıq havada musiqili teatr tamaşası da göstərilir. Bu tamaşa 1994-cü ildən nümayiş etdirilir. Röros şəhəri Henrik İbsenin “Kukla evi” əsərinin Cozef Lozi tərəfindən çəkilmiş ekranlaşdırmasının çəkiliş məkanı olub. Media qalereyası Həmçinin bax Norveç şəhərləri Esheym Honninqsvöq Holmestrand Kolverayd Kragerö Lanqesun Larvik Leknes Leyrvik Okrehamn Ondalsnes Vinstra Yerpelan İstinadlar
https://az.wikipedia.org/wiki/R%C3%B6ros
https://geohack.toolforge.org/geohack.php?language=az&pagename=R%C3%B6ros¶ms=62_36_0_N_11_19_0_E_scale:100000_type:city
https://maps.google.com/maps?ll=62.60000,11.31667&q=62.60000,11.31667&spn=0.1,0.1&t=h&hl=az
https://yandex.ru/maps/?ll=11.31667,62.60000&pt=11.31667,62.60000&spn=0.1,0.1&l=sat,skl
https://www.openstreetmap.org/?mlat=62.60000&mlon=11.31667&zoom=12
https://stadnamn.kartverket.no/fakta/254556
https://snl.no/R%C3%B8ros_-_tettsted
Tarix : 30 sentyabr 2026