• Wikisun
Layihə çərçivəsində Wikipedia platformasına əlavə olunan məqalə sayı
1
2
5
5
rolf-jacobsen

Rolf Jacobsen

Rolf Jacobsen (8 Mart 1907 – 20 Fevral 1994) Norveçli yazıçı. Jacobsen Norveçdə ilk modernist yazıçı hesab edilə bilər. Jacobsenin yazıçı kimi fəaliyyəti əlli ildən çox davam etdi. O, 1933-cü ildə ilk kitabı "Jord og jern" ilə Norveçdə şeir modernizmini təqdim edən Skandinaviyanın ən görkəmli şairlərindən biridir. Jacobsenin əsərləri iyirmidən çox dilə tərcümə edilmişdir. Onun əsərlərindəki əsas mövzu təbiət və texnologiya arasındakı tarazlıqdır – Norveç ədəbiyyatında ona "Yaşıl Şair" deyilirdi. Gənclik Rolf Jacobsen Oslo şəhərində (o zaman Kristiania adlanırdı) həkim və diş həkimi təhsili almış Martin Julius Jacobsen (1865–1944) və tibb bacısı Marie (Nielsen) Jacobsenin (1880–1953) oğlu olaraq dünyaya gəldi. Altı yaşında ailəsi ilə birlikdə atasının məktəb diş həkimi kimi iş tapdığı Asnesə köçdü. Rolf təhsilini bir illik müəllimlik təhsili almış anasından aldı. 1920-ci ildə Osloya köçdü və xüsusi məktəbə daxil oldu. Bu illər ərzində onunla dəmir yolu mühəndisi olan dayısı maraqlandı. Jacobson Oslo Universitetində təhsilini beş il davam etdirdi, lakin məzun olmadı. 1927-ci ildə altı həftə Norveç ordusunda xidmət etdi. 1937–1939-cu illərdə Hedmark Əmək Partiyasının idarə heyətinin üzvü idi. Erkən karyera Jacobsenin sərbəst şeirlə yazdığı "Jord og jern" şəhər həyatını, yarış avtomobillərini, təyyarələri və elektrik turbinlərini təqdim etdi. Seçdiyi mövzular səbəbiylə Jacobsenin əsərləri Marinetti və Futurizm ilə əlaqələndirildi, lakin onun baxışı romantik deyildi. O, Futuristlərin müasir ixtiralar, "pulemyot kimi guruldayan avtomobilin gözəlliyi" ilə bağlı eforiyasını bölüşmürdü, əksinə maşınlar və insan mədəniyyəti arasındakı münasibəti daha mürəkkəb görürdü. Jacobsenin ədəbi və digər bədii təsirləri arasında Poetik Edda, Karel Capekin "R.U.R." pyesi və Carl Sandburgun şeirləri var idi. Kitabın adı da təbiət və texnologiya arasındakı dövri əlaqəyə işarə edir. 1934-cü ildə Jacobsen atasına qulluq etmək üçün Asnesə qayıtdı. O, sosialist intellektual qrup olan Clartéyə qoşulmuşdu və Asnesdə Hedmark Ələqə Partiyasının rəhbərliyinə üzv oldu. Asnesdə Jacobsen Əmək Partiyası tərəfindən dəstəklənən gündəlik "Kongsvinger Arbeiderblad" qəzetində işlədi. Jacobsenin ikinci şeir toplusu "Vrimmel" (1935) müasir mədəniyyətə qarşı olan narazılığını ortaya qoydu. Jacobsen Marinettinin "Biz müharibəni şərəfləndirmək istəyirik..." manifestini rədd etdi, lakin qaz maskaları və pulemyotların yaranmasını qəti şəkildə proqnozlaşdırdı. "Vrimmel"dən sonra Jacobsen 16 il müddətində şair kimi səssiz qaldı. Şəxsi həyat Jacobsen bir müddət yazıçı Julli Wiborgun qızı Elisabeth Wiborg ilə nişanlı idi. 1940-cı ildə Jacobsen Petra Tendo (1912–1983) ilə evləndi; onların iki oğlu oldu: Trond Tendo Jacobsen və Bjorn Tendo Jacobsen. Valideynlərinin evliliyi uğurlu olmasa da, Jacobsenin öz evliliyi uyğun və uyumlu idi. Həyat yoldaşının ölümündən sonra, son kitabı "Nattapent"də (1985) Jacobsen birlikdə keçirdikləri həyat haqqında həssas və kədərli şeirlər dərc etdi: "İllərlə sevən kimsə / boş yaşamayıb." O, 1994-cü ildə vəfat etdi və Hamar şəhərindəki Hamar kirkegard qəbiristanlığında dəfn edildi. Biblioqrafiya Jord og jern ("Torpaq və Dəmir") – poeziya (1933) Vrimmel ("Sürfə") – poeziya (1935) Fjerntog ("Sürətli Qatar") – poeziya (1951) Hemmelig liv ("Gizli Həyat") – poeziya (1954) Sommeren i gresset ("Otların İçində Yay") – poeziya (1956) Brev til lyset ("İşığa Məktub") – poeziya (1960) Stillheten efterpå ("Sonrakı Səssizlik") – poeziya (1965) Headlines – poeziya (1969) Pass for dørene - dørene lukkes ("Qapılara Diqqət - Qapılar Bağlanır") – poeziya (1972) Pusteovelse ("Nəfəs Təlimi") – poeziya (1975) Den ensomme veranda ("Tənhalıq İçində Eyvan") – poeziya (1977) Tenk pa noe annet ("Başqa Bir Şey Düşün") – poeziya (1979) Liv laga – poeziya (1982) Nattapent ("Gecə Açıq") – poeziya (1985) Alle mine dikt ("Bütün Şeirlərim") – poeziya (1990) En liten kvast med tusenfryd og fire rare lok: ukjente dikt og tekster 1925-1993 – poeziya (1996) Samlede dikt ("Toplu Şeirlər") – toplanmış əsərlər (1999) Breathing Exercise: Poems of Rolf Jacobsen (White Pine Press, 1985) (tərcüməçi: Olav Grinde, redaktor: Dennis Maloney) The Roads Have Come to an End Now (Copper Canyon Press, 2001) (tərcüməçilər: Robert Bly, Roger Greenwald və Robert Hedin) North in the World: Selected Poems of Rolf Jacobsen (University of Chicago Press, 2002) (tərcümə və redaktə: Roger Greenwald) Mükafatlar Uzun yaradıcılıq karyerası ərzində Yakobsen bir çox mükafat və fəxri adlarla təltif olunmuşdur. O, Norveç Dil və Ədəbiyyat Akademiyasının üzvü seçilmiş və aşağıdakı nüfuzlu mükafatlara layiq görülmüşdür: Norveç Ədəbiyyat Tənqidçiləri Mükafatı (1960), Dobloug Mükafatı (1968), Aschehoug Mükafatı (1986) və İsveç Akademiyasının Nordik Mükafatı ("kiçik Nobel", 1989). Henrichsens legat (1936) Norveç Ədəbiyyat Tənqidçiləri Mükafatı (Kritikerprisen, 1960) – Brev til lyset əsərinə görə Riksmal Cəmiyyəti Ədəbiyyat Mükafatı (Riksmalsforbundets litteraturpris, 1965) Dobloug Mükafatı (Doblougprisen, 1968) Sarpsborgprisen (1969) Glamdalen Mədəniyyət Mükafatı (Glamdalens kulturpris, 1969) Onskediktprisen (NRK) (1970) Hedmarksprisen (1977) Aschehoug Mükafatı (Aschehougprisen, 1986) Hamar Mükafatı (Hamarprisen, 1986) İsveç Akademiyasının Nordik Mükafatı (Svenska Akademiens nordiske pris, 1989) Hedmark vilayətinin mədəniyyət mükafatı (Hedmark fylkeskommunes kulturpris, 1990)


İstinadlar

Tarix : 12 mart 2025


Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır.