• Wikisun
Layihə çərçivəsində Wikipedia platformasına əlavə olunan məqalə sayı
1
2
5
5
rik-riordan

Rik Riordan

Richard Russell Riordan - amerikalı yazıçı. O "Persi Cekson və Olimplilər" kitab seriyasını yazmaqla tanınmışdır. Riordanın kitabları qırx iki dilə tərcümə edilmiş və ABŞ-da otuz milyon nüsxədən çox satılmışdır. Həyat və karyerası Riordan Texas ştatının San Antonio şəhərində anadan olub böyüyüb. O, Alamo Heights Liseyini bitirib və ilk olaraq gitaraçı olmaq arzusu ilə Şimali Texas Dövlət Universitetində musiqi proqramına qatılıb. Sonra o Texas Universitetinə keçmiş və burada İngilis dili və Tarixi öyrənib. Rik Becky Riordan ilə 1985-ci ildə evlənib. Onların Heyli və Patrik adlı iki oğlu var. O, Persi Cekson seriyası ideyasını oğlu Heyli üçün qədim yunan qəhrəmanları haqqında yatmazdan əvvəl hekayələr kimi təsəvvür edirdi. Heyliyə DEHB və disleksiya diaqnozu qoyulmuşdu və bu, Riordanı baş qəhrəmanı hiperaktiv və disleksik hala gətirməyə ruhlandırmışdı. Riordan 2005-ci ildə seriyanın ilk romanı olan "İldırım oğrusu"nu nəşr etdi. Əsərləri - Persi Cekson və Olimplilər 1. İldırım oğrusu (2005) 2. Canavarlar dənizi (2006) 3. Titanın lənəti (2007) 4. Labirint döyüşü (2008) 5. Son olimpli (2009) - Kane salnamələri - Olimp qəhrəmanları - Persi Cekson və Yunan tanrıları - Magnus Chase və Asgard tanrıları - Apollonun missiyaları - Hotel Valhalla: Şimal dünyalarına bələdçi - Brooklyn House sehrbazının təlimatı


İstinadlar

Tarix : 28 dekabr 2024


Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır.