- Wikisun
Raufoss — Norveçin İnnlandet əyalətində, Vestre Toten bələdiyyəsində yerləşən şəhərdir. Şəhər bələdiyyənin inzibati mərkəzidir. O, daha böyük Gövik şəhərindən təxminən 10 km cənubda yerləşir. Raufoss qonşu Gövik bələdiyyəsi ilə sərhəd boyunca uzanır. Norveç Statistika İdarəsinin müəyyənləşdirməsinə əsasən, Raufossun faktiki şəhər ərazisi bələdiyyə sərhədini bir qədər aşaraq Gövik bələdiyyəsinin kiçik bir hissəsini də əhatə edir. Şəhərin sahəsi 7,12 km², 2022-ci ildə əhalisi 7.918 nəfər, əhalinin sıxlığı isə hər km²-ə 1.112 nəfər idi. 2022-ci ildən etibarən bu şəhər ərazisinin əhali və sahə göstəriciləri ayrıca qeydə alınmır; həmin ərazi Gövik şəhər ərazisinin bir hissəsi hesab olunur. Raufoss kəndinə 2019-cu ildə şəhər statusu verilib. Etimologiya Şəhər adını Hunnselva çayındakı şəlalədən alıb. Adın ilk hissəsi "qırmızı" mənasını verən qədim norveç sözü raud, son hissəsi isə "şəlalə" mənasını verən foss sözüdür. Qırmızı rəng çay yatağında dəmir izlərinin olmasına işarə edir. İqtisadi və mədəni fəaliyyət Raufoss dəmir yolu stansiyası Şəhərin ən böyük işəgötürəni əvvəllər Raufoss Ammunisjonsfabrikker adlanan, sonradan bir neçə şirkətə bölünən müəssisələr qrupudur. Bu şirkətlərə Nammo, Hydro Aluminium və Raufoss Technology daxildir. Raufoss Gövikbanen dəmir yolu xəttinin sondan əvvəlki dayanacağıdır. Stansiyaya yerli avtobus marşrutları da xidmət göstərir. Şəhərdə idman həyatı fəaldır və bu fəaliyyət əsasən Raufoss I.L. idman klubu ətrafında cəmləşib. Klubun ən tanınmış bölməsi futbol komandasıdır. Raufossun futbol komandası hazırda Norveç Birinci Divizionunda çıxış edir. İdmanla yanaşı, Raufossun fəal musiqi həyatı da var. Burada rok musiqiçisi Ronni Le Tekrö və onun üzvü olduğu TNT rok qrupu kimi musiqiçilər yetişib. Həmçinin bax Norveç şəhərləri Esheym Honninqsvöq Holmestrand Kolverayd Kragerö Lanqesun Larvik Leknes Leyrvik Okrehamn Ondalsnes Vinstra Yerpelan İstinadlar
https://az.wikipedia.org/wiki/Raufoss
https://geohack.toolforge.org/geohack.php?language=az&pagename=Raufoss¶ms=60_43_33.74_N_10_36_47.88_E_scale:100000_type:city
https://maps.google.com/maps?ll=60.7260389,10.6133000&q=60.7260389,10.6133000&spn=0.1,0.1&t=h&hl=az
https://yandex.ru/maps/?ll=10.6133000,60.7260389&pt=10.6133000,60.7260389&spn=0.1,0.1&l=sat,skl
https://www.openstreetmap.org/?mlat=60.7260389&mlon=10.6133000&zoom=12
https://stadnamn.kartverket.no/fakta/553447
https://snl.no/Raufoss
Tarix : 30 sentyabr 2026