- Wikisun
Qould qısaqanadı (Heteroxenicus stellatus) - "Muscicapidae" fəsiləsinə aid olan, kiçik bir sərçəkimilər növü. Bu növ Himalay dağlarında (əsasən Uttarakhand, Sikkim və Butanda), Yunnan və Myanmanın və Vyetnamın şimal hissələrində tapılır. Şərq Himalaylarda ağac xəttindən yuxarıda qayalıq ərazilərdə çoxalır və qışda aşağı yüksəklikdə, meşəli vadilərdə qışlayır. Qould qısaqanadı "Heteroxenicus" cinsinin yeganə növüdür. Əvvəllər "Brachypteryx" cinsinə aid edilirdi. Ümumi adı ingilis ornitoloqu və quş rəssamı Con Qouldun (1804-1881) şərəfinə verilmişdir. Taksonomiya Qould qısaqanadının ilk rəsmi təsviri 1868-ci ildə ingilis ornitoloq və quş rəssamı Con Qould tərəfindən Nepaldan toplanmış nümunə əsasında verilmişdir. O, bu növə "Brachypteryx stellatus" binominal adını vermişdir. Qould qısaqanadı "Heteroxenicus" cinsinin yeganə növüdür. Əvvəllər "Brachypteryx" cinsinə aid edilirdi və "Turdidae" fəsiləsinə daxil edilirdi. "Heteroxenicus" cinsi 1902-ci ildə Riçard Boulder Şarp tərəfindən təqdim edilmişdir. Cinsin adı klassik yunan sözləri olan "heteros" (fərqli) və "xenikos" (qəribə) sözlərindən yaranıb. Növün epiteti olan "stellata" latın sözü olub "ulduzlu" və ya "ulduzlarla bəzədilmiş" mənasını verir. Bu növün iki yarımnövü var: -"H. s. stellatus" (Qould, 1868) – Mərkəzi Himalaylardan cənub Çinə və şimal-şərq Myanmara qədər. -"H. s. fuscus" (Delakur və Jabuille, 1930) – Şimal-qərb Vyetnam. Təsvir Qould qısaqanadı 12–13 sm (4,7–5,1 düym) uzunluğunda və 19–23 qram (0,67–0,81 unsiya) ağırlığındadır. Üst hissələri şabalıdı rəngdə, alt hissələri isə tünd boz rəngdədir və qarnında kiçik ağ ləkələr və ya ulduzlar var. Uzun qəhvəyi ayaqları və qara dimdiyi var. Hər iki cins bir-birinə bənzəyir. Yuva və yumurtalar haqqında heç bir məlumat yoxdur.
https://ebird.org/species/gousho1
https://en.wikipedia.org/wiki/Gould%27s_shortwing
https://www.inaturalist.org/taxa/12932-Brachypteryx-stellata
https://xeno-canto.org/species/heteroxenicus-stellatus
https://birdsoftheworld.org/bow/species/gousho1/cur/introduction
https://datazone.birdlife.org/species/factsheet/goulds-shortwing-heteroxenicus-stellatus
https://avibase.bsc-eoc.org/species.jsp?avibaseid=5D15D78661A1BC70
https://app.birda.org/species-guide/30872/Gould%27s_Shortwing
Tarix : 27 fevral 2025
Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır.