- Wikisun
Qoşo Aoyama (21 iyun 1963-cü il) - Yaponiyalı manqa rəssamı. Ən çox "Bağlı İş" (Detektiv Konan, 1994-cü ildən bu günə qədər) manqa seriyası ilə tanınır. Təhsil həyatı Aoyama hələ erkən yaşlarından rəsm çəkməkdə istedadlı idi. İbtidai məktəbdə onun,"Yukiai Müharibəsi" adlı rəsmi bir yarışda qalib gəldi və "Tottori Daimaru" univermağında nümayiş etdirildi. Onun, alim olan böyük bir qardaşı var və "Bağlı İş"dəki "hiylələrdə" ona kömək edir. Onun, həkim olan başqa bir qardaşı da var. Aoyama "Yuraykuei Liseyi"ni bitirdikdən sonra "Tokio Nihon Universiteti İncəsənət Kolleci"nə daxil olub. 1986-cı ilin qışında Aoyama birinci kurs tələbələri üçün komiks müsabiqəsində qalib gəldi. İncəsənət tələbəsi olarkən, Aoyama "Tokyo Disneyland"-də qismən işləyirdi və burada "Karib dənizinin quldurları" üçün fonlar çəkirdi. Karyera Aoyama manqa rəssamı kimi debütünü 1987-ci ilin qışında "Weekly Shōnen Sunday" jurnalında nəşr olunan "Chotto Mattete" ilə etdi. Bundan qısa müddət sonra o, həmin jurnalda "Magic Kaito"ya başladı. "Magic Kaito"nun baş qəhrəmanı "Kaito Kuroba" daha sonra "Bağlı İş"də göründü. 1988-1993-cü illər arasında Aoyama 24 cild davam edən "Yaiba" seriyasını yaratdı. Daha sonra o, "Third Baseman No.4" və "Gosho Aoyama's Collection of Short Stories" kimi tək cildlik digər manqa seriyalarını buraxdı. Aoyama həmçinin 1994-cü il video oyunu "Live A Live"ın "Edo Yaponiyasının Alatoran Çağı" fəslinin personajlarını dizayn etdi. Aoyama, "Bağlı İş"in seriallaşdırılmasına "Weekly Shōnen Sunday"də 19 yanvar 1994-cü ildə başladı. Seriya ilk dəfə ingilis dilində yayımlananda, ona "Bağlı İş" adı verildi. Mükafatlar və tanınma Qoşo Aoyama manqa rəssamı kimi fəaliyyətinə görə iki mükafat qazanıb. 1992-ci ildə o, "Yaiba" üçün "şōnen" kateqoriyasında "Shogakukan Manqa" mükafatını qazandı. O, eyni mükafatı 2001-ci ildə "Bağlı İş" üçün ikinci dəfə qazandı. Əlavə olaraq, onun doğulduğu Hokuei şəhəri, manqa rəssamı və sakin kimi töhfəsinə görə bir neçə "machi okoshi" (şəhər canlandırma) layihəsi həyata keçirmişdir. İlk layihələr Yura çayı üzərindəki "Konan" körpüsü və "Bağlı İş" heykəlləri idi. 18 mart 2007-ci ildə Aoyamanın manqa rəssamı kimi karyerasını təsvir edən "Qoşo Aoyama Manqa Fabriki" muzeyi açıldı. Şəxsi həyatı 5 may 2005-ci ildə Aoyama "Two-Mix"in müğənnisi və "Bağlı İş"in anime adaptasiyasında Konanın səsləndiricisi olan Minami Takayama ilə evləndi. 10 dekabr 2007-ci ildə onlar boşandılar.
https://en.wikipedia.org/wiki/Gosho_Aoyama
https://www.detectiveconanworld.com/wiki/Gosho_Aoyama#google_vignette
https://www.gamf.jp/english/41.html
https://www.sanin-tourism.com/en/todo/184.html
https://detectiveconan.fandom.com/wiki/Gosho_Aoyama
https://www.goodreads.com/author/show/4958172.Gosho_Aoyama
https://tr.wikipedia.org/wiki/G%C5%8Dsh%C5%8D_Aoyama
https://www3.nhk.or.jp/nhkworld/en/shows/4003192/
https://www.animenewsnetwork.com/encyclopedia/people.php?id=4883
Tarix : 21 fevral 2025
Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır.