- Wikisun
Qızılıdöş tanagrası ("Bangsia rothschildi")- "Thraupidae" fəsiləsinə aid olan bir quş növü. Ümumi məlumat Kolumbiya və Ekvador ərazilərində tapılır. Təbii yaşayış yerləri subtropik və ya tropik rütubətli düzənlik meşələri və subtropik və ya tropik rütubətli dağ meşələridir. Etimologiya Latın binomial adının hər iki hissəsi erkən dövr ornitoloqlarının şərəfinə verilmişdir. "Bangsia" adı ABŞ-lı zoolog və kolleksiyaçı Outram Bangs'in şərəfinə, "rothschildi" xüsusi epiteti isə ingilis ornitoloqu, entomoloqu, kolleksiyaçısı və nəşriyyatçısı Lionel Walter Rothschildin şərəfinə verilmişdir. Yayılması "Bangsia rothschildi" Cənubi Amerikanın şimal-qərb ölkələri olan Kolumbiya və Ekvador üçün endemik bir növdür. Yaşayış yeri Qızılıdöş tanagrası Ekvador və Kolumbiyanın Aşağı Tropik Zonunda yerləşən rütubətli və sıx meşəli tropik düzənlik həmişəyaşıl meşələri, dağətəyi meşələri, meşə kənarları və yağışlı ətəklik meşələrində dar yüksəklik zolağında tapıla bilər. Adətən bu növ meşənin orta və alt qatlarında müşahidə edilir. Bu növün istifadə etdiyi əlavə yaşayış yerlərinə dağ həmişəyaşıl meşələri daxildir. Görünüş Qızılıdöş tanagrası parlaq tünd göy-mavi ilə qara-çəhrayı mavi rəngli cəlbedici bir quşdur, döşündə, aşağı qarın hissəsində və qanad altı örtüklərində parlaq qızılı-sarı ləkələr var ki, bu da qara rəngli uçuş lələkləri ilə ziddiyyət təşkil edir. Bu, iri başlı, qısa və güclü dimdiyi və nisbətən qısa quyruğu olan iri orta ölçülü bir quşdur.
https://ebird.org/species/goctan1
https://en.wikipedia.org/wiki/Golden-chested_tanager
https://avibase.bsc-eoc.org/species.jsp?avibaseid=26D354A045A58365
https://birdsoftheworld.org/bow/species/goctan1/cur/introduction
https://xeno-canto.org/species/bangsia-rothschildi
https://datazone.birdlife.org/species/factsheet/golden-chested-tanager-bangsia-rothschildi
https://www.inaturalist.org/taxa/10384-Bangsia-rothschildi
https://birdsoftheworld.org/bow/species/bagtan2/cur/introduction
Tarix : 27 fevral 2025
Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır.