- Wikisun
Qıvrım kəkilli manukod ("Manucodia comrii") - Cənnət quşları fəsiləsinə aid bir quş növü. Etimologiya Britaniyalı zooloq Filip Lütli Skleter, bu növü 1874-cü ildə Fergusson adasında quşu kəşf edən doktor Piter Komriyə (1832-1882) ithaf edərək adlandırmışdır. Yarımnövlər -"Manucodia comrii comrii" (P. L. Skleter, 1876) — D'Antrkasto adaları -"Manucodia comrii trobriandi" (Mayr, 1936) — Trobriand adaları (Kiriwina və Kaileuna) Yayılması Qıvrım kəkilli manukod Papua Yeni Qvineya üçün endemikdir və Trobriand adaları ilə D'Antrkasto arxipelaqının adalarında yayılıb. Qorunma Məhdud yaşayış sahəsində geniş yayılmış bu növ, "Beynəlxalq Təbiəti Mühafizə İttifaqı"nın (IUCN) "Təhlükədə Olan Növlərin Qırmızı Siyahısı"nda "az riskli" kimi qiymətləndirilib. O, "CITES"-in II Əlavə siyahısında qeyd olunub. Yaşayış mühiti Bu quşlar əsasən dağ meşələrinin yuxarı hissələrində, meşə kənarlarında və meşəliklərdə, həmçinin ağaclı savannalarda, parklarda və bağlarda yaşayır. Təsvir "Manucodia comrii" təxminən 43 sm uzunluğunda yığcam və iri bədənə malikdir. Parıltılı bənövşəyi, qara və yaşıl lələkləri, qırmızı göz rəngi və buruq sarı-yaşıl üst döş və boyun lələkləri var. Başında qıvrım lələklər və buruq mərkəzi quyruq lələkləri var. Hər iki cins bir-birinə bənzəyir, lakin dişilər bir qədər kiçik olur. Qıvrım kəkilli manukod manukodlar arasında ən böyük növdür və bədən ölçüsünə görə fəsiləsinin ən böyük və ən ağır növüdür, çəkisi 450 qrama qədər çıxır, lakin quyruğu qara oraqdimdikdən daha qısadır. Biologiya Görünüşünə görə ən parlaq olmasa da, qıvrım kəkilli manukod səs çıxarmaq qabiliyyətinə görə inkişaf etmiş bir növdür. Əksər quşlarda traxeya ağızdan birbaşa ağciyərlərə gedir, lakin bu növdə traxeya aşağı döş ərazisinə qədər uzanır, qarın boşluğundan keçir və sonra ağciyərlərə çatır. Bu, bir növ musiqi aləti kimi işləyir və qıvrım kəkilli manukoda xarakterik yumşaq, fleyta bənzəri səs verir. Bu səslər əsasən cütləşmə zamanı erkəklərin dişiləri təqib edərək qanadlarını və quyruqlarını yayıb bədənlərini qaldırdıqları zaman eşidilir. Manukod cütləri həmçinin öz ərazilərini digər cütlərdən qorumaq üçün səs çıxarırlar. Çoxalma Çoxalma mövsümü iyundan noyabra qədər davam edir, yuva qurma noyabrın ortalarında qeydə alınıb və yumurta qoyma martda və iyun-oktyabr aylarında baş verir. "Manucodia comrii" ciddi şəkildə monoqam bir quşdur. Cütlük bir budağın çəngəlində fincan şəkilli yuva qurur. 1-2 yumurta qoyulduqdan sonra hər iki cins yumurtaları qızdırır və balalarını böyüdür.
https://ebird.org/species/cucman1
https://birdsoftheworld.org/bow/species/cucman1/cur/introduction
https://datazone.birdlife.org/species/factsheet/curl-crested-manucode-manucodia-comrii
https://en.wikipedia.org/wiki/Curl-crested_manucode
https://www.oiseaux.net/birds/curl-crested.manucode.html
https://birdsoftheworld.org/bow/species/cucman1/cur/introduction?lang=es&media=audio
https://animalia.bio/index.php/curl-crested-manucode#google_vignette
https://avibase.bsc-eoc.org/species.jsp?avibaseid=2104444C
https://xeno-canto.org/species/Manucodia-comrii
Tarix : 24 fevral 2025
Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır.