- Wikisun
Qışda qalma sindromu - Antarktida (və ya Arktika) qışında, yəni yeddi- səkkiz ay davam edən qışda yaşayan şəxslərdə meydana gələn bir vəziyyət. Mahiyyəti Bu vəziyyət, Antarktikada və ya Thule, Alert, Eureka kimi qütb bazalarındakı tədqiqat stansiyalarında yaşayan şəxslərdə müşahidə edilmişdir. Qışda qalma sindromu, müxtəlif davranış və tibbi pozğunluqlardan ibarətdir. Bunlara əsəbilik, depressiya, yuxusuzluq, yaddaşın zəifləməsi, aqressiv davranışlar və sinirli bağırsaq sindromu daxildir. Səbəblər Antarktida qışı, az və ya heç günəş işığı olmayan, digər qitələr və Antarktika stansiyaları ilə fiziki əlaqənin olmadığı bir dövrdür. Buna uçuşlar, gəmilər və məktublar da daxildir.Bu səbəbdən insan hər şeydən təcrid olunmuş olur. Bu ərazi Yer kürəsindəki ən quraq iqlimə, aşağı hava təzyiqinə və az oksigen olan atmosferə malikdir. Qış dövründə əlaqələr tamamilə kəsilmiş vəziyyətdə olur. Bu dövrdə orta temperatur −51 °C (−60 °F) olur, ən aşağı qeydə alınmış temperatur isə −85 °C (−121 °F) idi. Bu səbəblərdən, fiziki hərəkətsizlik, monotonluq, sərt fiziki şərait, cinsi məhrumiyyət və ümumi tənhalıq, Antarktika stansiyalarında yaşayan insanlarda narahatlıq və depressiyanın artmasına səbəb olur. Bir neçə illər ərzində aparılmış tədqiqatlar "qışda qalma" sindromunun səbəblərini müəyyən etməyə çalışmışdır. Bunlar arasında stress, sosial tənhalıq, mövsümi affektiv pozğunluğun alt-sindromu və qütb T3 sindromu daxildir. Soyuq, təhlükə və çətinliklər əsas stress mənbələri kimi görünmür. Ən vacib psixoloji stress mənbələri, şəxsin qrupla uyğunlaşma problemləri, ətrafın nisbi monotonluğu və bəzi emosional məmnuniyyət mənbələrinin olmamağıdır. Bundan əlavə, xarici dünyadan təcrid olunma ilə yanaşı, tədqiqat stansiyalarında da izolyasiya və ya təcridin olmaması mövcuddur. 1988 və 1989-cu illərdə McMurdo və Cənub Qütbü stansiyalarında aparılmış tədqiqat zamanı iştirakçılar, icma daxilində gizliliyin olmaması və daimi dediqoduların sosial münasibətlərə mənfi təsir etdiyini bildirmişdilər, xüsusilə də kişilər və qadınlar arasında. Nəticədə, şəxslərin sərbəst vaxtlarının 60%-i yalnızca yataq otağında keçirilir, digər şəxslər isə öz işlərinin təbiətinə görə dar sahələrdə işləməli və yaşamalıdırlar. Simptomlar Qışda qalma sindromu ilə bağlı tədqiqatlar 1950-ci illərə qədər gedir, lakin bunun diaqnozunu qoymaq üçün ümumiyyətlə istifadə edilə bilən xüsusi göstəricilər yoxdur. Palinkas, "Antarktika Tədqiqatlarının Psixologiyası" adlı məqaləsində yazmışdır: "Bizim Antarktikada insan təcrübəsi ilə bağlı analizlərimiz göstərir ki, austral qışı zamanı performansın proqnozlaşdırılması üçün az, əgər varsa, heç bir xüsusiyyət mövcud deyil". Bəzi simptomlar arasında depressiya, yuxusuzluq, qəzəb və ya əsəbilik, ətrafınızdakılara qarşı düşmənçilik hissi, zəif kognitiv performans, o cümlədən diqqət və yaddaş çətinlikləri, unutqanlıq və "uzun göz" və ya "Antarktika baxışı" kimi yüngül hipnoz vəziyyətlərinin meydana gəlməsi daxildir.
https://blogs.esa.int/concordia/2018/10/12/the-winter-over-syndrome/
https://www.findzebra.com/details/pj7zqVy-winter-over-syndrome?q=
https://www.findzebra.com/details/pj7zqVy-winter-over-syndrome?q=
https://www.nsf.gov/pubs/1999/nsf98106/98106htm/nsf98106h2.html
https://ir.canterbury.ac.nz/items/61c7e052-754d-4c60-8d0e-2d90dc016c10
https://www.frontiersin.org/news/2019/02/05/antarctic-researchers-enter-a-state-of-psychological-hibernation-study-finds
https://dbpedia.org/page/Winter-over_syndrome
https://www.jstor.org/stable/640517
https://ui.adsabs.harvard.edu/abs/2019PolSc..2200484J/abstract
https://www.amnh.org/learn-teach/curriculum-collections/antarctica/day-and-night-cycles/safety-and-wintering-over-in-antarctica
https://therisingsuncounseling.com/winter-over-syndrome-phenomena/
https://spaceref.com/uncategorized/overwintering-in-antarctica-winters-pull-is-strong-for-many/
https://srjhs.org/human-psychophysiology-in-antarctica/
https://www.tandfonline.com/doi/full/10.1080/22423982.2021.1886704#abstract
https://en.wikipedia.org/wiki/Winter-over_syndrome
https://web.archive.org/web/20120623024832/http://www.sscnet.ucla.edu/anthro/bec/papers/Palinkas_On_The_Ice.pdf
Tarix : 2 fevral 2025
Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır.