• Wikisun
Layihə çərçivəsində Wikipedia platformasına əlavə olunan məqalə sayı
1
2
5
5
qehveyi-tanager

Qəhvəyi tanager

Qəhvəyi tanager (Orchesticus abeillei)-"Thraupidae" fəsiləsinə aid olan, kiçik bir Cənubi Amerika quşu. Ümumi məlumat Bu quş "Orchesticus" cinsinin yeganə üzvüdür. Qəhvəyi tanager təxminən 17 sm uzunluğunda və təxminən 31,5 qram çəkisindədir. Adından da göründüyü kimi, lələkləri ümumilikdə qəhvəyi rəngdədir. Dimdiyi nisbətən qalındır. Braziliyanın cənub-şərqindəki rütubətli Atlantik meşələrinə endemikdir və 900–1,500 metr (3,000–4,900 fut) yüksəklikdə tapılır. Meşə təbəqəsində yemək axtarır və adətən cüt-cüt görülür. Ümumiyyətlə nadir bir növdür, lakin Itatiaia Milli Parkı kimi bir neçə qorunan ərazidə rast gəlinir. Həşəratları havada tutur. Bu üsul tez-tez "sallying" adlanır. Həmçinin həşəratları birbaşa bitkilərdən də toplayır. Çəhrayı çalarlı 2 yumurta qoyur. Yumurtanın daha böyük ucu qəhvəyi və bənövşəyi ləkələrlə örtülüdür. Taksonomiya Qəhvəyi tanager ilk dəfə 1839-cu ildə fransız təbiətşünası Rene Lesson tərəfindən "Pyrrhula Abeillei" binominal adı ilə təsvir edilmişdir. Növ 1851-ci ildə alman ornitoloq Jan Kabanis tərəfindən özünəməxsus monotipik "Orchesticus" cinsinə köçürülmüşdür. Tip lokaliteti Braziliyanın Rio-de-Janeyro şəhəridir. Cins adı qədim yunan dilində "rəqs etməkdə yaxşı" mənasını verən "orkhēstikos" sözündən gəlir. Xüsusi epitet olan "abeillei" fransız kolleksiyaçı və təbiətşünası M. Abeillé şərəfinə verilmişdir. "Thraupidae" fəsiləsində qəhvəyi tanager sarıçiyin böyükdimdiklə ilə birlikdə "Orchesticinae" yarımfəsiləsində yerləşdirilir. Növ monotipikdir: heç bir yarımnöv tanınmır.


İstinadlar

Tarix : 16 fevral 2025


Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır.