- Wikisun
Qayıqdimdik milçəkqapan (Megarynchus pitangua) - "Tyrannidae" fəsiləsinə aid olan bir quş növü. Taksanomiya Bu quş," Megarynchus" cinsinin yeganə növüdür. Yayılması və yaşayış mühiti Bu növ Meksikadan cənuba doğru Boliviya və Argentinaya qədər, həmçinin Trinidadda açıq meşəliklərdə və bəzi hündür ağaclar olan ərazilərdə çoxalır. Çoxalma Dişi tərəfindən qurulan yuva açıq bir qab şəklində olub, budaqlardan hazırlanır. Adətən bir dəstədə iki və ya üç ağ rəngli yumurta olur və yumurtalar qəhvəyi ləkələrlə örtülüdür. Yumurtalar əsasən dişi tərəfindən 17-18 gün ərzində inkubasiya edilir və balaların uçmağa hazır olması üçün, daha 24 gün tələb olunur. Təsvir Yetkin qayıqdimdik milçəkqapanlar, uzunluğu 23 sm və çəkisi 70 qram olan ən böyük tirant milçəkqapan növlərindən biridir. Başı qara rəngdədir və güclü ağ göz zolağı ilə, gizli sarı baş zolağı var. Üst hissələri zeytun-qəhvəyi, qanadlar və quyruq isə qəhvəyi rəngdədir və yalnız zəif qırmızımtıl kənarları var. Alt hissələri sarı, boğazı isə ağ rəngdədir. Bu növün ingilis və cins adını aldığı iri qara dimdiyi, onu oxşar böyük milçəkqapandan fərqləndirən əsas xüsusiyyətdir. Böyük milçəkqapanda, daha qırmızımtıl quyruq və qanadlara malikdir və üst hissələrində zeytun çalarları yoxdur. Çağırışı "nya, nya, nya" kimi səslənən kəskin bir trildir. Qidalanma Qayıqdimdik milçəkqapanlar ağacların yüksək yerlərində, gizli bir oturaqda gözləyir və uçuş zamanı həşəratları (məsələn, sisadlar) tutur. Həmçinin bitkilərdən onurğasızları toplayır və bəzi giləmeyvələr (Cissus və Miconia cinslərindən), kiçik yabanı əncir və Cecropia bitkisinin quru yaşıl meyvələrini də yeyir.
https://ebird.org/species/bobfly1
https://en.wikipedia.org/wiki/Boat-billed_flycatcher
https://birdsoftheworld.org/bow/species/bobfly1/cur/introduction
https://xeno-canto.org/species/megarynchus-pitangua
https://datazone.birdlife.org/species/factsheet/boat-billed-flycatcher-megarynchus-pitangua
https://www.inaturalist.org/taxa/16737-Megarynchus-pitangua
https://app.birda.org/species-guide/17808/Boat-billed_Flycatcher
http://www.arthurgrosset.com/sabirds/boat-billedflycatcher.html
https://glennbartley.com/naturephotography/birds/BOAT-BILLED%20KISKADEE.html
https://earthlife.net/boat-billed-flycatchers/
Tarix : 15 fevral 2025
Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır.