- Wikisun
Qaradimdik oraqdimdik cənnət quşu (lat. Drepanornis albertisi) - Həmçinin "sarıquyruq oraqdimdik" adı ilə də tanınan, cənnət quşları fəsiləsinə aid bir növ. Qorunma statusu Geniş yayılma arealına görə qaradimdik oraqdimdik, "Beynəlxalq Təbiəti Qoruma Birliyi2 (IUCN) "Təhlükədə Olan Növlərin Qırmızı Siyahısı"nda "Ən Az Narahatlıq Doğuran" kimi qiymətləndirilir. "CITES"-in Əlavə II siyahısında qeyd olunub. Etimologiya Cins adı olan "Drepanornis", "oraq" mənasını verən Drepane və "quş" mənasını verən ornis sözlərindən ibarətdir, yəni cins adı hərfi mənada "oraq quşu" deməkdir və bu, onların oraq şəkilli dimdiyinə istinad edir. Növün elmi adı isə bu növü 1872-ci ildə kəşf edən italyan təbiətşünası Luigi Maria d'Albertisin şərəfinə verilmişdir. "Cervinicauda" yarımnövünün adı "maral rəngli" mənasını verən "cervinus" və "quyruq" mənasını verən "cauda" sözlərindən ibarətdir. "Geisleri" yarımnövü alman ornitoloq Bruno Geislerin şərəfinə, inversus isə "çevrilmiş" mənasını daşıyır. Yarımnövləri və taksonomiyası Bənzər xüsusiyyətlər və eyni ümumi ad baxmayaraq, "Drepanornis" cinsinə aid oraqdimdik cənnət quşları "Epimachus" cinsinə aid oraqdimdiklərlə yalnız uzaq qohumdur. Əslində, onlar "on iki telli" və "standartqanad" cənnət quşları ilə daha yaxından əlaqəlidir. İki qəbul edilmiş yarımnöv var, lakin Huon yarımadasından olan geisleri və Weyland dağlarından olan inversus yarımnövlərinin statusu üçün daha ətraflı araşdırma tələb olunur. Növlər aşağıdaki kimidir: -Drepanornis albertisi albertisi (Sclater, 1873) -Drepanornis albertisi cervinicauda (Sclater, 1884) Təsvir Qaradimdik oraqdimdik cənnət quşu orta ölçülüdür, təxminən 35 sm uzunluğunda və qəhvəyi rəngdədir. Erkək fərdin göz ətrafında tüksüz, tünd qırmızı-boz dəri, sarımtıl quyruq, tünd qəhvəyi gözlər, sarı ağız və qara oraq şəkilli dimdiyi var. Başının ön hissəsində qara, buynuz şəkilli lələklər, qaldırıla bilən fanşəkilli tunc boyun lələkləri və uzun, bənövşəyi uclu yan lələkləri var. Dişi fərd daha kiçik və sadə qəhvəyi rəngdədir, dimdiyi erkəkdən daha uzundur və alt tərəfi qara zolaqlıdır. Bioloji xüsusiyyətləri Qidası əsasən meyvə və buğumayaqlılardan ibarətdir. Dişi fərd bir-iki açıq krem rəngli, qəhvəyi və boz ləkəli yumurta qoyur. Yayılması Qaradimdik oraqdimdik cənnət quşu Yeni Qvineyanın qərb, mərkəz və şərq hissələrində dağlıq ərazilərdə yayılmışdır. Növ əsasən dəniz səviyyəsindən 1100–1900 metr yüksəklikdə yerləşən tropik dağ meşələrində yaşayır. "Drepanornis brujini" ilə yayılma arealı bir qədər üst-üstə düşsə də, heç bir hibridləşmə qeydə alınmayıb, baxmayaraq ki, bu mümkündür.
https://ebird.org/species/blbsic1
https://en.wikipedia.org/wiki/Black-billed_sicklebill
https://xeno-canto.org/species/drepanornis-albertisi
https://datazone.birdlife.org/species/factsheet/black-billed-sicklebill-drepanornis-albertisi
https://www.inaturalist.org/taxa/201167-Drepanornis-albertisi
https://www.oiseaux.net/birds/black-billed.sicklebill.html
https://birdsoftheworld.org/bow/species/blbsic1/cur/introduction
https://animalia.bio/black-billed-sicklebill
https://datazone.birdlife.org/species/factsheet/black-billed-sicklebill-drepanornis-albertisi
https://app.birda.org/species-guide/22861/Black_Sicklebill
Tarix : 10 fevral 2025
Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır.