- Wikisun
Qaradimdik bibərquşu (lat. Cyclarhis nigrirostris) — "Vireonidae" fəsiləsinə aid quş növü. Kolumbiya və Ekvadorun şimalındakı And dağlarında yayılmışdır. Subtropik və tropik rütubətli dağ meşələrində, həmçinin ciddi şəkildə pozulmuş keçmiş meşə ərazilərində yaşayır. Təsviri Ümumi rəngi zeytun, boğazı, qarnı, yanaqları və alnı boz, göz üstündə və göz ətrafında qırmızımtıl zolaq var. Daha geniş yayılmış "Qırmızıqaş bibərquşun"dan qara uclu dimdiyi, daha incə qırmızımtıl göz zolağı və zeytun rəngli boyun və başlıq hissəsi ilə fərqlənir. Taksonomiyası Qaradimdik bibərquşu 1842-ci ildə Frederic de Lafresnaye tərəfindən "Cyclaris nigrirostris" kimi təsvir edilmişdir. Növün iki yarımnövü tanınır: -Cyclaris nigrirostris nigrirostris (Lafresnaye), 1842 – Kolumbiyanın Şərqi And dağlarının qərbində və Ekvadorda. -Cyclaris nigrirostris atrirostris (Sclater, 1887) – Kolumbiyanın cənubundakı Qərbi And dağlarında və Ekvadorun Piçinça əyalətində. Yayılması Qaradimdik bibərquşu Kolumbiya və Ekvadorun And dağlarında rast gəlinir. Davranışı Qidası tamamilə buğumayaqlılardan ibarətdir. Ağacların yuxarı və orta qatlarında qidalanır. Tək-tək və ya cütlük halında rast gəlinir. Yuva qurma adətləri haqqında məlumat azdır, lakin ehtimal olunur ki, "Qırmızıqaş bibərquşu" kimi davranır. Qırmızıqaş bibərquşu yerdən təxminən yeddi fut yüksəklikdə, mamırdan düzəltdiyi yuvalarda qeydə alınıb.
https://ebird.org/species/blbpep1
https://en.wikipedia.org/wiki/Black-billed_peppershrike
https://xeno-canto.org/species/cyclarhis-nigrirostris
https://avibase.bsc-eoc.org/species.jsp?avibaseid=444E59872B4B272F
https://www.inaturalist.org/taxa/17420-Cyclarhis-nigrirostris
https://animalia.bio/black-billed-peppershrike
https://www.oiseaux.net/birds/black-billed.peppershrike.html
https://dibird.com/species/black-billed-peppershrike/
https://app.birda.org/species-guide/21130/Rufous-browed_Peppershrike
https://owendeutsch.com/cp_birds/black-billed-peppershrike/
Tarix : 10 fevral 2025
Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır.