• Wikisun
Layihə çərçivəsində Wikipedia platformasına əlavə olunan məqalə sayı
1
3
9
9
qaraarxali-todi-milcekqapan

Qaraarxalı todi-milçəkqapan

Qaraarxalı todi-milçəkqapan (Poecilotriccus pulchellus) -"Tyrannidae" ailəsinə aid bir quş növüdür və "Poecilotriccus" cinsindəki on iki növdən biridir. Təsvir Qaraarxalı todi-milçəkqapan yığcam və qısa quyruqlu bir quşdur. Alt hissəsi sarı, üst hissəsi qara, boğazı və boynu ağ rəngdədir, həmçinin kiçik qırmızı çiyin ləkəsi var. Bu quş adətən cüt halda hşəratlarla qidalanır. "Poecilotriccus" cinsinə aid olan quşlar kiçik bədənli, qısa quyruqlu və uzun yastı dimdiyə malik olan tiran-milçəkqapanlardır. Bu növ qara baş, sarı alt bədən və ağ boğaz ilə cəsarətlə işarələnmişdir. Erkəklərin arxası qara, dişilərin isə zeytun rəngli arxası var. Oxşar növlər Qaraarxalı todi-milçəkqapan fərqli görünüşü səbəbindən digər növlərlə səhv salmaq çətindir. Lakin ən çox qızılqanad todi-milçəkqapan ilə oxşarlıq göstərir. Zamanla qaraarxalı todi-milçəkqapan yaşadığı mühitə uyğunlaşaraq həyatda qalmaq üçün adaptasiya keçirmişdir, buna görə də bu iki növ arasında kiçik fərqlər var. Qızılqanad todi-milçəkqapan Cənubi Kolumbiya və Perunun cənubunda yaşayır. Bu quşun hər iki cinsinin arxası zeytun rənglidir və göz arxasında ağ ləkə yoxdur. Beləliklə, bu quşları yaxından baxdıqda səhv salmaq çətindir, lakin coğrafi yerləşmə səbəbindən bu quşlar heç vaxt qarşılaşmazlar. Yayılması və yaşayış yeri Bu quşlar rütubətli həmişəyaşıl meşələrin kənarında və bitişik böyümüş bağlarda yaşayır. Həmçinin And dağlarının ətəklərindəki uzun bambuklu ikinci dərəcəli meşələrdə də tapılır. Qidalanma Bu quşlar yalnız həşaratlarla qidalanır, çünki onlar entomofaqlardır (həşarat yeyən). Populyasiya Populyasiya azalmaqdadır və son qeyd 2016-cı ildə aparılmışdır. Bu quşların bir nəsli təxminən 3,5 ildən bir qədər çox davam edir. Bu quşlar üçün quru və su üzərində qoruma sahələri mövcuddur. Yetkin erkəklərin sayı hal-hazırda məlum deyil. İnsan fəaliyyətinin təsirləri Meşələrin qırılması səbəbindən yaşayış mühitinin itməsi populyasiyanın azalmasına səbəb olur. Lakin bəzi fərziyyələrə görə, düzənliklərdə populyasiyanın artması mümkündür, çünki yaşayış mühiti meşə kənarında deyil. Beləliklə, insan fəaliyyətinin təsirləri hələ də tam müəyyən edilməyib.


İstinadlar

Tarix : 10 fevral 2025


Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır.