• Wikisun
Layihə çərçivəsində Wikipedia platformasına əlavə olunan məqalə sayı
1
3
9
9
qara-qanadli-ququ-qusu

Qara qanadlı ququ quşu

Qara qanadlı ququ quşu (Lalage melaschistos) - Həmçinin kiçik boz ququ quşu və ya tünd boz ququ quşu kimi də tanınan, Cənub və Cənub-Şərqi Asiyada rast gəlinən bir ququ quşu növüdür. Adına baxmayaraq, onlar nə qırğılarla, nə də, quqularla əlaqəsi yoxdur. Onların geniş əsaslı dimdikləri, boz üst hissələri, qara qanadları, ağ uclu pilləkənli quyruqları, qara dimdikləri və ayaqları var. Dişilər bütün taksonlarda daha yüngüldür. Yayılması Onlar yayda 300-2450 metr yüksəklikdəki dağlarda çoxalırlar və qışda hündürlük üzrə və ya cənuba miqrasiya edirlər. Şimal-şərqi Pakistandan aşağı Himalay bölgəsi (Uttarakhand, Nepal, Arunachal Pradeş) və şimal-şərqi Myanmanın təpələrinə qədər, Çin və Cənub-Şərqi Asiyaya qədər yayılmışdır. Onlar dağ ətəklərində qışlayırlar, bəzən Hindistan yarımadasının şimal hissələrinə və şərqdə Orissaya, Benqaliya və Banqladeşə qədər daha uzun məsafələrə gedirlər, lakin Keralaya qədər cənuba da gedə bilərlər.Ağacda yuva qurduğu məlumdur. Yaşayış yeri Yarpaqlı və geniş yarpaqlı həmişəyaşıl meşələrdə çoxalır, lakin açıq meşələrdə, meşəliklərdə tək-tək və ya cüt-cüt qışlayır. Onlar həmçinin qarışıq yemlənmə qruplarına qoşulurlar. Onların qidalanması əsasən tırtıllardan, böcəklərdən və digər həşəratlardan ibarətdir. Təsvir -Dişi: Zolaqsız, boz alt hissələri olan orta ölçülü, tünd ququ quşudur. -Erkək: Yuxarı hissəsi tünd boz, qara qanadlar və quyruq kontrast təşkil edir. Quyruğun alt tərəfində geniş ağ lələk ucları var. Səsi Aşağı tonda yüksək "tvit-tvit-tu-vi" səsi. Qidalanma Bu növ əsasən, onurğasızlarla qidalanır.


İstinadlar

Tarix : 13 fevral 2025


Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır.