- Wikisun
Qara Annis (Qara Agnes və ya Qara Anna kimi də tanınır) - İngilis folklorunda yer alan qorxulu varlıq. O, mavi üzlü, dəmir dırnaqlı və insan ətinə meyilli bir cadugər olaraq təsvir olunur. Onun, Lesterşir əyalətində, girişində böyük bir palıd ağacı olan "Dane Hills" dağlarında bir mağarada yaşadığı deyilir. Xüsusiyyətləri Qara Annis gecələr, insanları və quzuları yemək üçün ova çıxır. Qurbanlarının dərilərini ağacın budaqlarına asır, quruduqdan sonra özünə kəmər düzəldir. O, evlərə daxil olaraq, insanları qaçırır. Əfsanəyə görə, Qara Annis mağarasını öz dəmir dırnaqları ilə qazaraq yaratmışdır. Bu yer "Black Anny's Bower Close" kimi tanınır. Həmin əfsanəni valideynlər uşaqlarına danışar, daha sonra uşaqlarına "yaxşı davranmasalar Qara Annis sizi aparar" deyə, xəbərdarlıq edərdilər. Bəzi əfsanələrdə Qara Annisin palıd ağacının budaqlarında gizlənib, diqqətsiz ovlarını gözlədiyi qeyd olunur. Bir yazılı mənbədə qeyd olunur ki, Qara Annis dişlərini qıcayarkən onun səsi eşidilərmiş, bu da insanlara qapılarını bağlamağa və pəncərədən uzaq durmağa vaxt qazandırımış. Deyilənə görə, Lesterşirdəki evlər kiçik pəncərələrlə tikilmişdir ki, Qara Annis yalnız bir qolunu içəri sala bilsin. Onun ulaması 8 km uzaqdan eşidilə bilərdi, o zaman kəndlilər pəncərənin üzərinə dərilər çəkər və qoruyucu otlar qoyardılar. Tarix Qara Annis haqqında bilinən ilk yazılı məlumat XVIII əsrə aiddir və burada onun mağarası olan "Black Anny's Bower Close"un adı çəkilir. İlk dəfə 1895-ci ildə dərc olunan "County Folklore" kitabında onun haqqında geniş məlumat verilmişdir. Qara Annis fiqurunun mənşəyi haqqımda müxtəlif fərziyyələr var. Məsələn, T. C. Letbric, onun mənşəyinin Kelt mifologiyasından Danu ilə əlaqəli olduğunu iddia edir. Alman mifologiyasından Hel ilə bağlantısı olduğunu düşünən alimlər də var. Donald Aleksandr Makkenzi 1917-ci ildə nəşr etdiyi "Myths of Crete and Pre-Hellenic Europe" kitabında əfsanənin kökünün qədim Avropanın "Qorxunc ana"sına gedib çıxdığını irəli sürmüşdür. Bu ilahə uşaqları yeyən bir fiqur olaraq təsvir edilirdi. O, Qara Annisi Hindistanın "Kalisi" ,Yunanıstanın "Demetresi", Mesopotamiyanın "Labartusu" və Misirin "İsis-Hathor" və "Neithi" ilə müqayisə edirdi. Mədəniyyət 1837-ci ildə "Black Anna's Bower, or the Maniac of the Dane Hills" adlı bir tamaşa Lester teatrında nümayiş etdirilmişdir. Kinomotoqrafiyanın inkişafından sonra, keçmişdən günümüzə qədər bir çox filmdə onun obrazına rast gəlmək olar.
https://en.wikipedia.org/wiki/Black_Annis
https://villains.fandom.com/wiki/Black_Annis
https://oldechronicles.org.uk/the-legend-of-black-annis/
https://www.bbc.co.uk/leicester/content/articles/2007/06/19/haunted_leicester_mary_castro_black_annis_feature.shtml
https://astonishinglegends.com/astonishing-legends/2023/10/15/black-annis
https://monstrid.wixsite.com/monstrid/items/black-annis
https://october-daye.fandom.com/wiki/Black_Annis
https://www.deviantart.com/okpwka/art/Black-Annis-1102994915
Tarix : 21 dekabr 2024
Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır.