- Wikisun
Qara ağız kur (Cənubi Kur, Cənubi Qara Ağız Kur və Sarı-Qara Ağız Kur kimi də tanınır) - Amerika Birləşmiş Ştatlarına aid orta və böyük ölçülü it cinsi. Ölkənin cənubunda yaranan bu cins, əsasən ov üçün istifadə edilir. Tarix Əcdadı ilə bağlı müxtəlif hekayələr mövcuddur. Ən çox yayılan hekayəyə görə, bu cins avropalı köçkünlər tərəfindən Cənubi Missisipiyə gətirilən itlərin nəslindən törəyib. "Belgian Malinois" da daxil olmaqla bir neçə Avropa cinsi ilə qarışmışdır. Bu itlər, cənubi Missisipidən Kentukki, Missuri, Şimali Karolina və Tennessi kimi bölgələrə yayılmışdır. İddia edilir ki, Fred Gipsonun "Qoca Yeller" romanındakı baş qəhrəman Qara ağız kur idi. 1987-ci ildə cinsi dəstəkləmək üçün "Cənubi Qara Ağız Kur Yetiştiriciləri Assosiasiyası" yaradıldı və 1998-ci ildə cins "Birləşmiş Kennel Klubu" tərəfindən tanındı. Təsvir Qara Ağız Kur orta və böyük ölçülü, atletik və əzələli bir it cinsidir. Cinsin boyu əhəmiyyətli dərəcədə dəyişir, adətən 41-64 sm arasında olur, lakin bəzi fərdi itlər 71 sm-ə qədər hündürlükdə ola bilir. Cins standartına görə, erkək itlər üçün minimum hündürlük 46, dişi itlər üçün isə 41 sm təşkil edir. Cinsin çəkisi adətən 20-45 kq arasında dəyişir. Qısa, sıx və parlaq kürkü var. Rəngləri adətən sarı, tünd qəhvəyi və ya açıq qəhvəyi olur, lakin tünd qəhvəyi, "brindle" (şəbəkəli) və qara rəngdə olan fərdlər də mövcuddur. Cinsin başı geniş və düzdür, əyilmiş qulaqları və güclü, fərqli melanistik (qara) ağızları var. Onların sinəsi geniş, ayaqları uzun, quyruqları isə adətən "J" şəkilli olur. Xarakter Çox aktiv, enerjili bir cinsdir və yüksək dərəcədə məşq tələb edir. Cins, yad adamlara qarşı ehtiyatlıdır və uşaqlara qarşı çox qoruyucu olduğu bilinir. Bəzi hallarda, valideynlərin uşaqlarını danlamasına etiraz edə bilər. Bu cins çoban iti, ovçu, ev nəzarətçisi kimi çox istedadlı və güclü itlərdir. Təbiətlərinə görə müstəqil olsalar da, onlara rəhbərlik edəcək bir sahibə ehtiyac duyurlar.
https://en.wikipedia.org/wiki/Black_Mouth_Cur
https://a-z-animals.com/animals/black-mouth-cur/
https://dogtime.com/dog-breeds/black-mouth-cur
https://ckcusa.com/breeds/black-mouth-cur/
https://www.dogster.com/dog-breeds/black-mouth-cur
https://www.dogbreedinfo.com/blackmouthcur.htm
https://www.articlesfactory.com/articles/animals-and-pets/black-mouth-cur.html#google_vignette
Tarix : 29 dekabr 2024
Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır.